Blog
You Are Here : Home Blog
Narkotiklərə “yox” deyək!
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Narkotiklərə “yox” deyək! Əsas Faydalı Xəbərlər Narkotiklərə “yox” deyək! Narkotiklərə “yox” deyək! Dövlət Gömrük Komitəsi qaçaqmalçılıqla mübarizə, xüsusilə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmçinin cəmiyyətin bu sahədə maarifləndirməsi istiqamətində intensiv iş aparır. Dövlət Gömrük Komitəsinin hazırladığı növbəti qısa metrajlı maarifləndirici videoçarx “ağ ölüm”ün acı fəsadlarından, xoşbəxt, gənc ailənin faciəsindən bəhs edir. Ailəmizi, əzizlərimizi, çevrəmizi bu bəladan qoruyaq! Narkotiklərə “yox” deyək! 4 İyul 2023 16:13 Paylaş :
Yük yerində siqaretlər aşkar edilib
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Yük yerində siqaretlər aşkar edilib Əsas Faydalı Xəbərlər Yük yerində siqaretlər aşkar edilib Yük yerində siqaretlər aşkar edilib Balakən Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, “Mazımqara” gömrük postunda Gürcüstan istiqamətindən gələn yük nəqliyyat vasitəsinə həyata keçirilən gömrük yoxlaması zamanı kinoloji xidməti it nəqliyyat vasitəsinin qoşqusuna reaksiya verib. Baxış zamanı, qoşqunun yük yerinin arasından döşəməyə dağınıq şəkildə yığılmış Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 222 qutu “Marlboro touch gray” 70 qutu “Parliament Night Blue” və 8 qutu “Marlboro touch gray” markalı, ümumilikdə 300 qutu siqaret aşkar edilib. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 4 İyul 2023 16:26 Paylaş :
Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib Əsas Faydalı Xəbərlər Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib Gömrük-biznes əməkdaşlığı çərçivəsində növbəti görüş keçirilib Dövlət Gömrük Komitəsi ilə Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK) arasında görüş keçirilib. “AHK İmpuls” ənənəvi tədbiri çərçivəsində keçirilən görüşdə Alman-Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann təmsil etdiyi qurumla Azərbaycan gömrük xidməti arasındakı əməkdaşlıqdan bəhs edib, gömrük sistemində son dövrlərdə aparılan təkmilləşdirilmələrin, tətbiq edilən yeniliklərin gömrük-biznes dialoqunun daha da inkişaf etdirilməsi, əlaqələrin gücləndirilməsi baxımından yeni imkanlar yaratdığını vurğulayıb. Tədbirdə təqdimatla çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, biznes nümayəndələrinə münbit şəraitin yaradılması, şəffaf, bərabərhüquqlu fəaliyyət mühitinin formalaşdırılması, xidmətlərin əlçatanlığının təmin edilməsi gömrük xidmətinin əsas hədəflərindəndir. Bu məqsədlə gömrük əməliyyatların asan və sürətli şəkildə həyata keçirilməsi, prosedurların sadələşdirilməsi və rasionallığının artırılması, rəqəmsal həllərin genişləndirilməsi istiqamətində müasir çağırışlara cavab verən innovativ layihələr tətbiq olunur və bu layihələrdən biznes nümayəndələri yararlana bilər. Görüşdə, həmçinin gömrük orqanlarının Fəaliyyət Proqramında müəyyənləşdirilən strateji hədəflər, prioritet istiqamətlər, tətbiqinə başlanan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə də palata üzvlərinə məlumat verilib. Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 5 İyul 2023 15:19 Paylaş :