Blog

Gömrük əməkdaşları arasında şahmat idman növü üzrə çempionat keçirilib

30-01-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük əməkdaşları arasında şahmat idman növü üzrə çempionat keçirilib Əsas Komitə Xəbərlər Gömrük əməkdaşları arasında şahmat idman növü üzrə çempionat keçirilib Gömrük əməkdaşları arasında şahmat idman növü üzrə çempionat keçirilib  2023-cü il "Heydər Əliyev ili" çərçivəsində gömrük orqanları əməkdaşları arasında şahmat idman növü üzrə çempionat  keçirilib.   Çempionatın açılışında iştirak edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, müstəqil Azərbaycanın memarı ümummilli lider Heydər Əliyevin xatirəsi hər zaman qəlbimizdə yaşayacaq və onun ideyaları daim  xalqımızın gələcəyinə işıq tutacaq. Qeyd olunub ki,  Dövlət Gömrük Komitəsi tərəfindən “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlər keçirilməsi nəzərdə tutulub, gömrük orqanları əməkdaşları arasında şahmat idman növü üzrə çempionat da bu məqsədlə təşkil edilib. Çempionatın keçirilməsində məqsəd həm də gömrük əməkdaşlarının fərdi bacarıqlarının, intellektual səviyyələrinin inkişaf etdirilməsinə şərait yaradılmasıdır. İsveçrə sistemində keçirilən çempionat 9 turdan ibarət olub və 2 gün davam edib. Çempionatda Dövlət Gömrük Komitəsinin bütün struktur bölmələrindən 72 nəfər gömrük əməkdaşı qatılıb. Oyunlar 40 dəqiqə davam edib və hər oyunçuya 20 dəqiqə vaxt verilib. Çempionatı beynəlxalq dərəcəli hakimlər Lütfiyar Rüstəmov və Nurəli Məmmədzadə idarə ediblər. Çempionatda 1-ci yerə Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı Elvin Quliyev, ikinci və üçüncü yerləri sırası ilə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin əməkdaşları Rauf Əliyev və Vüqar Əliyev tutublar. Qaliblər medallar və sertifikatlar ilə təltif olunublar. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 30 Yanvar 2023 10:29 Paylaş :