Blog
You Are Here : Home Blog
Təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib Təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib İyunun 1-də Dövlət Gömrük Komitəsində təqaüdə çıxan gömrük əməkdaşları ilə görüş keçirilib. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov təqaüdə çıxan əməkdaşlara gömrük orqanlarında uzunmüddətli fəaliyyətlərinə, gömrük işinin təşkilinə verdikləri töhfələrə görə təşəkkürünü bildirib. Təqaüdə çıxan əməkdaşların qazandıqları təcrübələrin gənc əməkdaşlar üçün nümunə olduğu diqqətə çatdırılıb və onlara gələcək həyat fəaliyyətlərində uğurlar arzulanıb. Təqaüdə çıxan gömrük əməkdaşları – İnzibati İdarəetmənin Təşkili İdarəsinin rəisi Nüsrət Qurbanov və Bakı Baş Gömrük İdarəsinin rəis müavini Faiq Seyidov göstərilən diqqətə və gömrük sistemində fəaliyyətlərinə verilən dəyərə görə minnətdarlıqlarını bildiriblər. 1 İyun 2023 11:41 Paylaş :
“Uşaqlar bizim gələcəyimizdir” adlı festival keçirilib
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr “Uşaqlar bizim gələcəyimizdir” adlı festival keçirilib Əsas Faydalı Xəbərlər “Uşaqlar bizim gələcəyimizdir” adlı festival keçirilib “Uşaqlar bizim gələcəyimizdir” adlı festival keçirilib 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Dövlət Gömrük Komitəsi tərəfindən Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə Zirə Mədəniyyət Mərkəzi-Eko Parkda uşaqlar üçün “Uşaqlar bizim gələcəyimizdir” adlı festival təşkil edilib. Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general leytenantı Şahin Bağırov bildirib ki, Azərbaycanda uşaqların sağlam, xoşbəxt böyüməsi və hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. O da qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən uşaqların sağlam və vətənpərvər ruhda böyüməsi, müasir standartlara uyğun şəkildə təhsil və tərbiyə alması, savadlı, bilikli vətəndaş kimi yetişməsi üçün müxtəlif proqramlar icra olunur. Festival çərçivəsində uşaqlar Eko Parkın ərazisində ağaclar və güllər əkib, bacarıqlarını nümayiş etdirmək üçün müxtəlif əl işləri hazırlayıblar. Həmçinin uşaqlar üçün çizgi film personajları və nağıl qəhrəmanlarının iştirakı ilə intellektual, müsiqili əyləncəli oyunlar təşkil edilib və onlara hədiyyələr təqdim olunub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 1 İyun 2023 13:22 Paylaş :
Mərkəzi Gömrük Hospitalı Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir sıra aksiyalar keçirib
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Mərkəzi Gömrük Hospitalı Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir sıra aksiyalar keçirib Əsas Faydalı Xəbərlər Mərkəzi Gömrük Hospitalı Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir sıra aksiyalar keçirib Mərkəzi Gömrük Hospitalı Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bir sıra aksiyalar keçirib 1 iyun tarixində Mərkəzi Gömrük Hospitalına gələn bütün balaca uşaqlar al-əlvan şarlar ilə qarşılanıblar. Tədbirə dəvət olunmuş məzəli animatorlar isə uşaqlar arasında əyləncəli oyunlar keçiriblər. Balaca pasiyentlər ziyarət olunub, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ən səmimi təbriklər çatdırılıb. Bildirilib ki, uşaqların müdafiəsi, onların daim böyüklərin diqqəti və qayğısı, nəvazişi ilə əhatə olunması məsələsi ölkəmizdə bütün dövrlərdə istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biri olub. Mərkəzi Gömrük Hospitalının bütün tibb personalı daima balaca fidanlara məhəbbətlə yanaşır, onların sağlam və gümrah böyümələri üçün yüksək səviyyədə tibbi xidmət göstərirlər. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Gəncə Uşaq Evində də tibbi-sosial aksiya keçirib. Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Gəncə Uşaq Evinin direktoru Nazilə İsmayılova, Mərkəzi Gömrük Hospitalının tibb heyəti iştirak ediblər. Tədbir iştirakçıları Gəncə Uşaq Evinin sakinlərini Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, onlara ən xoş arzularını bildiriblər. Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə keçirilən tibbi-sosial aksiyalar barədə məlumat verilib, bu tədbirlərin davamlı olacağı qeyd edilib. Sonra Gəncə Uşaq Evinin sakinləri bədii kompozisiya ilə çıxış ediblər. Mərkəzi Gömrük Hospitalının həkimləri Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olmuş 100-ə yaxın uşağı kardioloji, oftalmoloji, travmatoloji, terapevtik və nervoloji müayinədən keçirib, məsləhət verib və onların hər birinə kitab hədiyyə ediblər. Eyni zamanda uşaq evinin müəllimləri, tərbiyəçiləri və sakinləri üçün müvafiq təlimlər keçirilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 1 İyun 2023 18:39 Paylaş :