Blog

DGK  nümayəndə heyəti Belarusda səfərdədir

27-02-2023

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr DGK  nümayəndə heyəti Belarusda səfərdədir Əsas Faydalı Xəbərlər DGK  nümayəndə heyəti Belarusda səfərdədir DGK  nümayəndə heyəti Belarusda səfərdədir Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərlk etdiyi nümayəndə heyəti Belarus Respublikası gömrük xidmətinin dəvəti ilə bu ölkədə işgüzar səfərdədir. Fevralın 27-də nümayəndə heyəti Belarus Respublikasının Dövlət Gömrük Komitəsinin sədri Vladimir Orlovskiylə görüşüb. Görüşdə Azərbaycan və Belarus gömrük xidmətləri arasındakı işgüzar əlaqələrin, xüsusilə iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsindəki rolundan bəhs edilib.  Tərəflər gömrük sistemində rəqəmsallaşma, informasiya texnologiyalarının tətbiqi, risklərin təhlili, tranzit, poçt daşımaları sahəsində qarşılıqlı məlumat və təcrübə mübadiləsinin təşkilinə dair məsələlər ətrafında müzakirələr aparıblar. Eyni zamanda Belarus gömrük xidmətinin fəaliyyətinə dair geniş təqdimat nümayiş etdirilib. Səfər çərçivəsində iki ölkənin gömrük orqanları arasında “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Belarus Respublikasının Dövlət Gömrük Komitəsi arasında gömrük işi sahəsində ikitərəfli əməkdaşlıq Planı” sənədi imzalanıb. Görüşdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Belarus gömrük xidmətinin poçt vasitəsilə daşınan bağlamaların rəsmiləşdirildiyi struktur bölməsində olub, gömrük nəzarəti, çeşidləmə proseslərini izləyiblər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 27 Fevral 2023 21:00 Paylaş :