Blog
You Are Here : Home Blog
Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test imtahanı mərhələsi keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test imtahanı mərhələsi keçirilib Əsas Komitə Xəbərlər Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test imtahanı mərhələsi keçirilib Gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test imtahanı mərhələsi keçirilib Dekabrın 18-də Dövlət Gömrük Komitəsi tərəfindən gömrük orqanlarına xidmətə qəbul ilə əlaqədar müsabiqənin test imtahanı mərhələsi keçirilib. Müsabiqədə iştirak etmək üçün 2420 nəfər müraciət edib. 1909 nəfər test imtahanında iştirak hüququ qazanıb və onlardan 651 nəfəri qadındır. İmtahanda qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidəçi kimi iştirak ediblər. Test imtahanının nəticələri 3 gün müddətində Dövlət Gömrük Komitəsinin saytında elan ediləcək və hər bir namizədin qeydə alınmış e-poçt ünvanına bu barədə məlumat göndəriləcək. Test imtahanında müvəffəqiyyət qazanan namizədlər müsabiqənin müsahibə mərhələsində iştirak hüququ əldə edəcəklər. Test imtahanından və müsahibədən uğurla çıxan namizədlər müsabiqədən müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlar barəsində müəyyən olunmuş qaydalara uyğun vakant vəzifələrə təyin ilə bağlı müvafiq qərar qəbul edilir. Müsabiqədən uğurla keçən, lakin vakant vəzifəyə təyin olunmayan namizədlərin potensialından səmərəli istifadə məqsədilə həmin şəxslərin iki il müddətinə ehtiyat kadrlar siyahısına daxil edilməsi və iki il müddətində vakant vəzifə yarandıqda onların həmin vəzifələrə təyin olunması nəzərdə tutulur. Müsabiqənin müsahibə mərhələsi şəffaflığın təmin olunması üçün videoçəkiliş aparılmaqla, ictimaiyyət, kütləvi informasiya vasitələri nümayəndələrinin və digər müşahidəçilərin iştirakı ilə keçiriləcək. Eyni zamanda müsahibə komissiyalarının tərkibinə müstəqil ekspertlər də daxil ediləcək. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 18 Dekabr 2022 14:46 Paylaş :
Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Əsas Komitə Xəbərlər Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov dekabrın 23-də saat 10:00-da İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: İsmayıllı şəhəri, Heydər Əliyev pr. 57 ) İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul zamanı İsmayıllı və Ağsu rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək. Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/ ) qəbula yazıla bilərlər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 19 Dekabr 2022 16:02 Paylaş :
“Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub Əsas Komitə Xəbərlər “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, Dövlət Gömrük Komitəsi, KOBİA yanında İctimai Şura və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə “Gömrük islahatları: çağırışlar və imkanlar” mövzusunda ictimai müzakirə təşkil olunub. Dövlət-sahibkar əməkdaşlığı çərçivəsində təşkil olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının, biznes assosiasiyalarının nümayəndələri və sahibkarlar iştirak ediblər. KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin şuranın sayca 3-cü tərkibdə formalaşmasından sonra təşkil edilmiş ilk ictimai müzakirə olduğunu, ümumilikdə 2022-ci il ərzində şura tərəfindən 8 ictimai müzakirənin keçirildiyini bildirib. Qeyd olunub ki, 2023-cü ildə də KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin öyrənilməsi, bu sahədə dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə belə tədirlərin keçirilməsi davam etdiriləcəkdir. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov gömrük-biznes əməkdaşlığı çərçivəsində bu kimi ictimai müzakirələrin əhəmiyyətini vurğulayaraq gömrük sistemində aparılan işlər barədə danışıb, sahibkarların gömrüklə bağlı yaranan məsələlərinin operativ qaydada həll edilməsi üçün zəruri addımların atıldığını, eyni zamanda gömrük işinin səmərəliliyinin artırılmasında sahibkarların rəy və təkliflərinə həssaslıqla yanaşıldığını diqqətə çatdırıb. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov gömrük prosedurları ilə bağlı sahibkarların məlumatlandırılması, qarşılaşdıqları çətinliklərin müzakirəsi məqsədilə Agentlik tərəfindən müxtəlif platformalar üzərindən mütəmadi olaraq Dövlət Gömrük Komitəsinin nümayəndələrinin iştirakı ilə bir sıra tədbirlərin keçirildiyini qeyd edib. Vurğulanıb ki, KOB-ların çətinliklərinin öyrənilməsi məqsədilə müvafiq dövlət qurumlarının, o cümlədən Dövlət Gömrük Komitəsinin və sahibkarların iştirakı ilə 2022-ci ildə 6 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib ki, bu tədbirlərdə 200-ə yaxın sahibkar iştirak edib. Orxan Məmmədov gömrük prosedurlarının sadələşdirilməsi və təkmilləşdirilməsi ilə bağlı sahibkarlardan daxil olmuş təkliflər və gözləntilər barədə də məlumat verib. Tədbirdə sahibkarların təklifləri və qarşılaşdıqları çətinliklər dinlənilib, aidiyyəti dövlət qurumlarının nümayəndələri tərəfindən sahibkarların sualları cavablandırılıb. 20 Dekabr 2022 14:22 Paylaş :