Blog
You Are Here : Home Blog
DGK sədri Avropa İttifaqının Vergi və Gömrük İttifaqının Baş direktoru ilə görüşüb
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr DGK sədri Avropa İttifaqının Vergi və Gömrük İttifaqının Baş direktoru ilə görüşüb Əsas Faydalı Xəbərlər DGK sədri Avropa İttifaqının Vergi və Gömrük İttifaqının Baş direktoru ilə görüşüb DGK sədri Avropa İttifaqının Vergi və Gömrük İttifaqının Baş direktoru ilə görüşüb Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci Sessiyasında iştirak etmək məqsədilə Brüsseldə səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Avropa İttifaqının (Aİ) Vergi və Gömrük İttifaqının Baş direktoru Gerassimos Tomasla görüşüb. Görüşdə çoxtərəfli və ikitərəfli platformalar üzrə gömrük məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb, eləcə də ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətinin gücləndirilməsinin zəruriliyi qeyd edilib. Görüşdə ölkəmizin Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqov da iştirak edib. 22 İyun 2023 12:06 Paylaş :
Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlər müəyyən edilir
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlər müəyyən edilir Əsas Faydalı Xəbərlər Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlər müəyyən edilir Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələlər müəyyən edilir Bu gün Tailand Krallığının Banqkok şəhərində Kağızsız Ticarət Şurasının ikigünlük sessiyası işə başlayıb. Bundan öncə, iyunun 19-21 tarixlərində isə Asiya və Sakit okean regionunda Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin Daimi Komitəsinin 2-ci sessiyası keçirilib. Bu tədbirlərdə Azərbaycan Respublikasını Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Hər iki tədbiri BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (UNESCAP) təşkil edib. Tədbirlərin əsas məqsədi Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin həyata keçirilməsi üçün prioritet məsələləri və fəaliyyəti müəyyən etməkdir. Kağızsız Ticarət Şurasının sessiyasında Asiya və Sakit okean regionunda Transsərhəd Kağızsız Ticarətin Asanlaşdırılması üzrə Çərçivə Sazişinin həyata keçirilməsində əldə edilən irəliləyişin qiymətləndirilməsi və perspektivlərin müzakirəsi, Kağızsız Ticarət Şurasının ikinci iclasının hesabatının qəbulu və s. məsələlər nəzərdə tutulub. Çərçivə Sazişinin Daimi Komitəsinin 2-ci sessiyasında isə bu Sazişin prioritet vəzifələrinin icrası ilə bağlı müzakirələr, Sazişin həyata keçirilməsini sürətləndirmək və tərəfdaşlıq əlaqələrini gücləndirmək üçün strategiyalar və praktiki tədbirlər barədə fikir mübadiləsi aparılıb. Kağızsız Ticarət Şurasına təqdim ediləcək əsas tövsiyələr də daxil olmaqla iclasın hesabatı qəbul edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 22 İyun 2023 15:02 Paylaş :
ÜGT Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası keçirilir
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr ÜGT Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası keçirilir Əsas Faydalı Xəbərlər ÜGT Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası keçirilir ÜGT Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası keçirilir İyunun 22-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında ÜGT Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci sessiyası işə başlayıb. Sessiyanın ilk iş günündə Ümumdünya Gömrük Təşkilatı Strateji Planının icrasına dair ÜGT-nin Baş katibi Kunio Mikuriyanın məruzəsi dinlənilib. Sonra potensialın gücləndirilməsi, tarif və ticarət, mənşə qaydaları, dəyərləndirmə,malların nomenklaturası və təsnif edilmə məsələri üzrə hesabatlar dinlənilib və müzakirələr aparılıb. Azərbaycan gömrük xidməti müzakirələrdə iştirak edərək ÜGT Baş katibinin məruzəsi, eləcə də potensialın gücləndirilməsi, tarif və ticarət məsələləri ilə bağlı münasibətini bildirib və təkliflər irəli sürüb, eləcə də, ümumi koordinasiya baxımından ÜGT-nin potensialın gücləndirilməsi üzrə regional ofislərin fəaliyyətininin inkişaf perspektivliyinin vacibliyini vurğulayıb. Sessiyada ÜGT-nin Baş katibi vəzifəsinə namizədlər - Philippe Kokou Tchodie (Toqo) və İan Saunders (ABŞ) təqdimatlarla çıxış ediblər. Daha sonra Azərbaycan nümayəndə heyəti Belçika Krallığının Maliyyə Nazirliyi yanında Baş Gömrük və Aksiz İdarəsinin sədri Kristian Vandervaerenin rəhbərliyi etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkənin gömrük orqanları arasında əlaqələrin inkişafından, birgə əməkdaşlığın perspektivlərindən bəhs edilib, ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətinin gücləndirilməsi, bu istiqamətdə imkanların artırılması, eləcə də gömrük dəyərinin müəyyən edilməsi, həmçinin elektron ticarətdə dəyərin müəyyən edilməsi sahəsində təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub. 23 İyun 2023 12:07 Paylaş :