Blog

Strateji Əməkdaşlıq Forumu keçirilib

12-12-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Strateji Əməkdaşlıq Forumu keçirilib Əsas Komitə Xəbərlər Strateji Əməkdaşlıq Forumu keçirilib Strateji Əməkdaşlıq Forumu keçirilib Avropa İttifaqının Hüquq-Mühafizə Təlimləri Agentliyinin (CEPOL) və Aİ Hüquq-Mühafizə Əməkdaşlığı Agentliyinin (EUROPOL) icra etdiyi “Mütəşəkkil Cinayətkarlığa qarşı Təlim və Əməliyyat Tərəfdaşlığı” (TOPCOP) layihəsi çərçivəsində CEPOL tərəfindən Macarıstan Respublikasının Budapeşt şəhərində Strateji Əməkdaşlıq Forumu keçirilib. Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, rəis vəzifəsini müvəqqəti icra edən Güloğlan Muradlı, Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Akademiyanın beynəlxalq əməkdaşlıq üzrə koordinatoru, TOPCOP layihəsi çərçivəsində potensialın artırılması üzrə əlaqələndirici şəxs Elvin Mecidov CEPOL Forumunda iştirak ediblər. Beş Şərq Tərəfdaşlığı ölkəsində həyata keçirilən, 2020-2024-cü illəri əhatə edən TOPCOP layihəsi çərçivəsində CEPOL təşkilatı hər il sonunda layihə fəaliyyətlərinin yekunlarına dair və növbəti fəaliyyətlərlə bağlı əsas qərarların qəbul edilməsi məqsədilə Forum təşkil edir. 2022-ci ilin dekabrında təşkil edilmiş Forumda Azərbaycan, Gürcüstan, Moldova və Ermənistan hüquq-mühafizə orqanlarını təmsil edən 13 nümayəndə, o cümlədən CEPOL rəhbərliyi və heyəti, Avropa Komissiyasının və Aİ üzv ölkələrindən Belçika, Hollandiya, Avstriya hüquq-mühafizə orqanlarının, Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədalət Tədqiqat İnstitutunun nümayəndələri qatılıblar. Forumun məqsədi tərəfdaş ŞT ölkələrində mütəşəkkil cinayətkarlıq sahəsində yaranan yeni təhdidlər, təhlükəsizlik çağırışları və onların zəruri etdiyi təlimlər və potensialın artırılması üzrə tərəfdaşlıq, TOPCOP layihəsinin 2023-cü il üzrə yeni təlim planının təsdiq edilməsi, ”Kriminal Təhdidlərə qarşı Multidissiplinar Avropa Platforması” (“EMPACT”) çərçivəsində Aİ ilə ŞT ölkələri arasında mütəşəkkil cinayətkarlığa qarşı mübarizə əməkdaşlığının müzakirəsi olub. Mövzular üzrə təşkil edilmiş panel sessiyalarında nümayəndələr Forumun gündəliyində olan əsas məsələlərə dair nitq və təqdimatlarla çıxış ediblər. Forumun 1-ci günündə “Azərbaycan Respublikasına təhdidlər və yeni təhlükəsizlik çağırışları” mövzusunda çıxış edən DGK Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, rəis vəzifəsini müvəqqəti icra edən Güloğlan Muradlı 2016-2022-ci illərdə narkotik və iri vergi tutumlu siqaret qaçaqmalçılığına qarşı mübarizədə Azərbaycan gömrük orqanlarının nailiyyətləri, təcrübələri haqqında məlumat verərək ölkəmizin regional, Avropa və beynəlxalq təhlükəsizliyin təmin olunmasında xüsusi rola malik olduğunu vurğulayıb. G. Muradlı Azərbaycanda TRASEKA, Şimal-Cənub, Şimal-Şərq, həmçinin digər çoxsaylı və irimiqyaslı nəqliyyat layihələrinin uğurla həyata keçirildiyini bildirərək, Azərbaycanın geniş tranzit imkanlarından bəhs edib. Forumun 2-ci günündə çıxış edən Akademiyanın rəisi Qulu Novruzov Akademiyanın yaranma tarixi, fəaliyyəti, beynəlxalq əməkdaşlıq və layihələri barəsində məlumat verərək CEPOL ilə TOPCOP layihəsi çərçivəsində Azərbaycanın bütövlükdə 111 gömrük xidməti əməkdaşının, onlar arasından 78 əməkdaşın CEPOL-un virtual təlim və vebinarlarında, 34 əməkdaşın isə regional və digər təlimlərdə iştirak edərək sertifikatlar qazandıqlarını vurğulayıb. Akademiya rəisi çıxışında layihə çərçivəsində yeni “təlimçilərin təlimi” metodologiyasının və “kaskad üsulu” ilə regional təlim biliklərinin ötürülməsi (təlimlərin kaskadlaşdırılması) konsepsiyasının, prioritet sahələrdə yeni təlim kurrikulumlarının mütərəqqi CEPOL və Aİ praktika və standartları əsasında hazırlanıb milli kontekstlərə və standartlara uyğunlaşdırılaraq tətbiq edilməsinin Azərbaycanda gömrük təlimləri sisteminin inkişafına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Xatırladaq ki, Akademiya 2021-ci ilin may ayından etibarən TOPCOP layihəsinin tərəfdaş qurumudur. Layihə fəaliyyətləri Azərbaycanda gömrük sahəsində təlim potensial və imkanlarının gücləndirilməsi və milli gömrük xidməti orqanlarının mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində bilik və bacarıqlarının artırılmasına xidmət edir. 12 Dekabr 2022 12:20 Paylaş :