Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçirilib Əsas Komitə Xəbərlər Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçirilib Ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçirilib Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş “Azərbaycan-Türkiyə Neonatologiya Konqresi” keçirilib. Konqresin rəsmi açılış hissəsindən öncə təşkilat komitəsinin üzvləri və rəsmi qonaqlar Fəxri Xiyabanı ziyarət edib, Ümummilli Liderin məzarı önünə tər çiçəklər qoyaraq onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Təşkilat Komitəsinin üzvləri və rəsmi qonaqlar daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, tanınmış dövlət xadimi Əziz Əliyev və professor Tamerlan Əliyevin də xatirələrini yad edərək onların məzarları üstünə gül dəstələri qoyublar. Hibrid formatda 500-ədək dinləyicinin iştirakı ilə keçirilən Konqres Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və Ulu Öndərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb. Konqresdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general-mayoru, t.ü.f.d. Ceyhun Məmmədov açılış nitqi ilə çıxış edərək görkəmli dövlət xadimi, müstəqil Azərbaycanın qurucusu və dünya miqyaslı siyasətçi Heydər Əliyevin rəhbərliyi dövründə ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilən fəaliyyətlər barədə geniş məlumat verib, hazırda bu siyasətin cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Pediatriya və neonatologiya sahəsində mütəxəssislərarası təcrübə mübadiləsinin təmin edilməsi məqsədilə təşkil edilmiş Konqresin Azərbaycan və Türkiyədən olan həkimlər arasında davamlı əməkdaşlıq imkanları yaradacağına inandığını qeyd edən C.Məmmədov çıxışının sonunda bütün iştirakçılara uğurlar arzulayıb. Konqresin rəsmi açılış hissəsində, eyni zamanda Səhiyyə nazirinin müavini t.ü.f.d., dosent Nadir Zeynalov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi və Tədris Mərkəzinin rəisi, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, əməkdar həkim, t.e.d. Rəşad Mahmudov, Səhiyyə Nazirliyinin baş neonatoloqu, ETMGİ-nin Neonatal reanimasiya şöbəsinin müdiri Dr. Rüstəm Hüseynov, Türkiyənin Başakşehir Çam və Sakura Xəstəxanasının professoru Dr. Merih Çetinkaya da çıxış ediblər. Konqresin rəsmi açılış hissəsində çıxış edən spikerlər ana və uşaq sağlamlığının qorunması istiqamətində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər. Konqresin rəsmi açılış hissəsi Mərkəzi Gömrük Hospitalının Neonatologiya və pediatriya şöbəsinin fəaliyyətini əks etdirən video-çarxın nümayiş etdirilməsi ilə yekunlaşıb. Konqresdə “Neonatal reanimasiyada sıx rast gəlinən hallar”, “Yenidoğulmuşlarda respirator dəstək strategiyaları” və “Neonatologiyada genetik skrininq metodları” başlıqlı 3 paneldə ümumilikdə 8 məruzə təqdim olunub. Azərbaycan və Türkiyənin yüksəkixtisaslı mütəxəssisləri tərəfindən təqdim olunmuş məruzələrdə ən son tibbi məlumatlar əks olunub. 12 Dekabr 2022 11:31 Paylaş :