“Strateji ticarət və ixrac nəzarətinə tətbiq oluna bilən təhlil üsulları” mövzusunda təlim keçirilir
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları “Strateji ticarət və ixrac nəzarətinə tətbiq oluna bilən təhlil üsulları” mövzusunda təlim keçirilir Əsas Komitə Xəbərlər “Strateji ticarət və ixrac nəzarətinə tətbiq oluna bilən təhlil üsulları” mövzusunda təlim keçirilir “Strateji ticarət və ixrac nəzarətinə tətbiq oluna bilən təhlil üsulları” mövzusunda təlim keçirilir Dekabrın 12-də Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Strateji ticarət və ixrac nəzarətinə tətbiq oluna bilən təhlil üsulları” mövzusunda təlim öz işinə başlayıb. Tədbirdə Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, rəis vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-mayoru Güloğlan Muradlı, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi Avropa Regional Ofisinin nümayəndəsi Hacı Hacıyev, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin ekspertləri Oksana Nazarcuk, Ercan Saka və gömrükçülər iştirak edirlər. Təlim BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin “Qlobal Konteyner Daşımalarına Nəzarət Proqram”ı çərçivəsində həyata keçirilir. Açılışda çıxış edən DGK Əməliyyat-İstintaq Baş İdarəsi rəisinin birinci müavini, rəis vəzifəsini müvəqqəti icra edən Güloğlan Muradlı kütləvi qırğın silahlarının yayılmasının bəşəriyyət üçün törətdiyi təhlükələrdən və BMT-nin Təhlükəsizlik Şurasının 1540 saylı Qətnaməsinin əhəmiyyətindən danışıb, tədbirin gömrük əməkdaşlarının biliklərinin artırılmasında mühüm rol oynayacağını diqqətə çatdırıb. Daha sonra təlim strateji ticarətə aid olan məsələlər, tranzit əməliyyatları, ixraca nəzarəti, hüquqpozmalar, kütləvi qırğın silahları, risk indikatorları, tətbiq edilən sanksiyalar, bu sahədə aparılan araşdırmalar, BMT-nin Təhlükəsizlik Şurasının 1540 saylı Qətnaməsi və digər mövzulara dair təqdimatlarla davam edib. Təlim çərçivəsində ekspertlər - Oksana Nazarcuk və Ercan Saka qabaqcıl ölkələrin təcrübələrini bölüşəcək, mövzularla bağlı yeni materiallar paylayacaq, gömrükçülərə müxtəlif tapşırıqlar verəcəklər. Dekabrın 16-dək davam edəcək təlimin interaktiv keçirilməsi, mövzular ətrafında geniş fikir mübadiləsinin aparılması da nəzərdə tutulub. Xatırladaq ki, “Qlobal Konteyner Daşımalarına Nəzarət Proqramı” çərçivəsində bugünədək Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün müxtəlif təlimlər təşkil edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 12 Dekabr 2022 15:26 Paylaş :