MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib Əsas Komitə Xəbərlər MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib Dekabrın 9-da Qazaxıstan Respublikasının Aktau şəhərində MDB üzv dövlətlərin Gömrük Xidməti Rəhbərləri Şurasının 75-ci iclası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. İclasda əqli mülkiyyət hüquqlarının pozulmasının tətbiq edildiyi mallara münasibətdə məlumat mabadiləsinin reqlamenti ilə bağlı müzakirələrdə Azərbaycan nümayəndə heyətinin rəhbəri çıxış edərək bildirib ki, xüsusilə, gömrük orqanları tərəfindən coğrafi göstəricilərin və əmtəə nişanlarının yanlış göstərilməsi hallarına qarşı mübarizə gücləndirilməli və bu məsələ davamlı diqqətdə saxlanılmalıdır. Belə ki, artan ticarət dövriyyəsi zamanı bu cür yanlış göstəriciləri olan malların dövriyyəyə buraxılmasına qarşı əvvəlcədən gömrük orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilməlidir. Eyni zamanda vurğulanıb ki, nəqliyyat vasitələrinin gömrük plombları altında daşınmasının xüsusi texniki qaydaları mövcud olduğundan bu sahədə də zəruri işlər görülməlidir, bu məsələlər beynəlxalq konvensiyalardan irəli gələrək nəqliyyat vasitələrinin qoşqu hissələrinə hər hansı kənar predmetlərin yerləşdirilməsi hallarının qarşısının alınmasında xüsusi önəm daşıyır. İclasda, həmçinin gömrük məsələləri ilə bağlı bir sıra müzakirələr də aparılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 9 Dekabr 2022 19:32 Paylaş :