Gömrük Akademiyası ilə Lund Universiteti arasında görüş keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük Akademiyası ilə Lund Universiteti arasında görüş keçirilib Əsas Komitə Xəbərlər Gömrük Akademiyası ilə Lund Universiteti arasında görüş keçirilib Gömrük Akademiyası ilə Lund Universiteti arasında görüş keçirilib Dövlət Gömrük Komitəsinin Akademiyasında İsveçin Lund Universitetinin nümayəndələri ilə görüş keçirilib. Akademiyanın rəis müavini Araz Aslanlı Şimali Avropanın ən nüfuzlu və qədim ali təhsil ocaqlarından biri-Lund Universiteti ilə xüsusi təyinatlı gənc ali təhsil müəssisəsi olan Akademiya arasında təhsil prosesinin inkişafı üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsinin önəmini vurğulayıb. Dövlət Gömrük Komitəsinin Akademiyasında olmaqdan məmnunluğunu bildirən Lund Universitetinin Beynəlxalq Regional Meneceri Babs Kunle və Beynəlxalq Marketinq Meneceri Daniel Qunnarsson təmsil etdikləri ali təhsil müəssisəsi haqqında məlumat verərək qarşılıqlı maraq doğuran sahələr üzrə birgə fəaliyyətin perspektivlərindən bəhs ediblər. Görüşdə hər iki ali təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əməkdaşlıq sahəsində nailiyyət və prioritetləri, beynəlxalq əməkdaşlıq əlaqələri haqqında təqdimatlar nümayiş olunub. Daha sonra tələbələrin Universitetlə bağlı sualları qonaqlar tərəfindən ətraflı cavablandırılıb. Sonda qonaqlar Akademiyada yaradılan şəraitlə yaxından tanış olublar. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 9 Dekabr 2022 10:46 Paylaş :