Blog

Şəhid gömrükçü Ülvi Hacıyevin xatirəsi anılıb

07-12-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Şəhid gömrükçü Ülvi Hacıyevin xatirəsi anılıb Əsas Komitə Xəbərlər Şəhid gömrükçü Ülvi Hacıyevin xatirəsi anılıb Şəhid gömrükçü Ülvi Hacıyevin xatirəsi anılıb 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan gömrük əməkdaşı Ülvi Hacıyevin anım mərasimi keçirilib. Dekabrın 6-da Dövlət Gömrük Komitəsinin rəhbərliyi və kollektivi  İkinci Şəhidlər xiyabanına gələrək şəhid gömrükçü Ülvi Hacıyevin məzarını ziyarət ediblər. Anım tədbirində Dövlət Gömrük Komitəsinin  rəhbərliyi və kollektivi ilə yanaşı, Ülvi Hacıyevin ailə üzvləri, yaxınları və qazilər də iştirak ediblər. Tədbir Dövlət Himninin səslənməsi və şəhidin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb. Anım mərasimində şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, unudulmaz xatirəsi dərin ehtiramla yad edilib. Daha sonra bütün şəhidlik zirvəsinə ucalan qəhrəmanların  ruhuna dualar oxunub. Xatırladaq ki, gömrükçü şəhid Ülvi Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 6 Dekabr 2022 14:41 Paylaş :