Blog

Azərbaycan və Bəhreyn gömrük xidmətləri arasında Anlaşma Memorandumu imzalanıb

07-12-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Azərbaycan və Bəhreyn gömrük xidmətləri arasında Anlaşma Memorandumu imzalanıb Əsas Komitə Xəbərlər Azərbaycan və Bəhreyn gömrük xidmətləri arasında Anlaşma Memorandumu imzalanıb Azərbaycan və Bəhreyn gömrük xidmətləri arasında Anlaşma Memorandumu imzalanıb Xəbər verdiyimiz kimi, Bəhreyn Krallığının Manama şəhərində Ümumdünya Gömrük Təşkilatının Siyasi Komissiyasının 87-ci sessiyası keçirilir. Dekabrın 6-da sessiya çərçivəsində  “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Bəhreyn Krallığının Gömrük Xidməti arasında gömrük əməkdaşlığı haqqında Anlaşma Memorandumu” imzalanıb. Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov və Bəhreyn Krallığı Gömrük Xidmətinin rəhbəri Əhməd bin Hamad Əl Xəlifə imzalayıblar. Anlaşma Memorandumu gömrük prosedurlarının tətbiqinin səmərəliliyini artırmağa kömək edən məlumatların mübadiləsi, gömrük işi sahəsində işçi görüşlərin, təlim kursları, seminarların təşkili, malların qanunsuz ticarəti ilə mübarizə, gömrük nəzarətinə dair təcrübə, gömrük qanunvericiliyinin pozulmasının qarşısının alınması və araşdırılması üzrə məlumat və üsulların mübadiləsi və s. məsələləri əhatə edir. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 6 Dekabr 2022 17:02 Paylaş :