Dövlət Gömrük Komitəsi tərəfindən Minatəmizləmə Agentliyinə təlim keçmiş itlər ianə edilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Dövlət Gömrük Komitəsi tərəfindən Minatəmizləmə Agentliyinə təlim keçmiş itlər ianə edilib Əsas Komitə Xəbərlər Dövlət Gömrük Komitəsi tərəfindən Minatəmizləmə Agentliyinə təlim keçmiş itlər ianə edilib Dövlət Gömrük Komitəsi tərəfindən Minatəmizləmə Agentliyinə təlim keçmiş itlər ianə edilib İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə fəaliyyətinə dəstək məqsədilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 5 baş təlim keçmiş it ianə edilib. Bu məqsədlə Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzində keçirilən tədbirdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov və DGK sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov iştirak edib. Tədbirdə çıxış edən Vüqar Süleymanov göstərilən dəstəyə görə təşəkkürünü bildirib və təqdim edilən itlərin uzunmüddətli fəaliyyət göstərərək Qarabağda təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühitinin yaradılması sahəsində töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Şahin Bağırov diqqətə çatdırıb ki, tədbir mina və partlamamış hərbi sursatlarla ən çox çirklənən rayonlarımızdan olan Füzulinin işğaldan azad olunması gününə təsadüf edir, ianə verilən xidməti itlər işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına, bərpa və yenidənqurma proseslərində təhlükəsizliyin təmin edilməsinə əlavə dəstək olacaq. Eyni zamanda vurğulanıb ki, ANAMA və DGK arasında partlayıcı maddələrin aşkar edilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsi, təlimlərin və təcrübə mübadiləsinin təşkili gələcək birgə əməkdaşlığa fayda verəcək. Agentliyə ianə edilən itlər humanitar minatəmizləmə əməliyyatlarında fəaliyyət göstərmək üçün ANAMA tərəfindən müvafiq təlimlərə cəlb olunacaq. Təlimlərdən sonra Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) üzrə akkreditasiyadan keçirilərək, Qarabağda icra edilən minatəmizləmə əməliyyatlarında iştirak edəcəklər. Sonda 5 baş təlim keçmiş it, onların qeydiyyat sertifikatları, aksesuarları və daşınması üçün zəruri olan qəfəsləri ANAMA-ya təqdim edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 17 Oktyabr 2022 16:42 Paylaş :