İnternetdə yerləşdirilən işə qəbul elanlarında qanunsuz yolla DGK-nın adından istifadə olunduğu müəyyən edilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları İnternetdə yerləşdirilən işə qəbul elanlarında qanunsuz yolla DGK-nın adından istifadə olunduğu müəyyən edilib Əsas Komitə Xəbərlər İnternetdə yerləşdirilən işə qəbul elanlarında qanunsuz yolla DGK-nın adından istifadə olunduğu müəyyən edilib İnternetdə yerləşdirilən işə qəbul elanlarında qanunsuz yolla DGK-nın adından istifadə olunduğu müəyyən edilib Dövlət Gömrük Komitəsinin aidiyyəti srtuktur bölmələri tərəfindən aparılan araşdırmalar zamanı internetdə yerləşdirilən işə qəbul elanlarında qanunsuz yolla DGK-nın adından istifadə olunduğu müəyyən edilib. Belə ki, www.offer.az/qeydiyyatci-56-vakansiya-2022-49006/ linki üzərindən “Ötüken Baku nəşriyyat və poliqrafiya şirkətinə “qeydiyyatçı” xanım tələb olunur” məzmunlu elanla maraqlanan şəxslərə mobil nömrə ilə əlaqə saxlamaq təklif olunur. Müraciət edənlərə özünü “DGK-nın Ötüken Bakı nəşriyyat və poliqrafiya departamentinin qəbul qeydiyyatı üzrə baş direktoru Rəşad Hüseynov” kimi təqdim edən şəxs vatsap şəbəkəsi üzərindən vətəndaşlardan müxtəlif sənədlər istəyir və bank kartı göndərərək 54 manat rüsum ödəməyi təklif edir. Digər elanda isə Rəşad Hüseynov özünü DGK-nın Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin “Novartis” Bakı dərman departamentinin koordinatoru kimi təqdim edir və yenə də vatsap şəbəkəsi üzərindən vətəndaşlardan müxtəlif sənədlər istəyir və bank kartı göndərərək 54 manat rüsum ödəməyi təklif edir. Dövlət Gömrük Komitəsi vətəndaşlara diqqətli olmağı tövsiyə edir və bildirir ki, gömrük orqanlarına işə qəbul Komitənin rəsmi internet səhifəsində əvvəlcədən yerləşdirilən elan əsasında müsabiqə yolu ilə aparılır və yuxarıda qeyd edilən elanların, işçi tələb olunduğu qurumların gömrük orqanlarına heç bir aidiyyəti yoxdur. Dövlət Gömrük Komitəsi tərəfindən qeyd olunan qanunazidd hərəkətlərin araşdırılması ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə rəsmi müraciət olunub. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 17 Oktyabr 2022 14:52 Paylaş :