Blog

Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında görüş keçirilib

30-09-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında görüş keçirilib Əsas Komitə Xəbərlər Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında görüş keçirilib Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında görüş keçirilib Azərbaycan və Türkiyə gömrük xidmətlərinin əməkdaşları arasında gömrük nəzarətinin təşkili, gömrük sahəsində milli qanunvericiliklərin tələbləri və icra mexanizmləri ilə bağlı onlayn formatda görüş keçirilib. Görüş Dövlət Gömrük Komitəsi və Türkiyə Respublikasının Ticarət Nazirliyi arasında 2021/2022-ci illər üzrə gömrük işi sahəsində əməkdaşlığın və qarşılıqlı yardımın səmərəliliyinin yüksəldilməsinə dair Tədbirlər  Planına müvafiq olaraq təcrübə və məlumat mübadiləsi məqsədilə keçirilib. Görüşdə beynəlxalq daşımalarda istifadə edilən konteynerlərin müvəqqəti idxal şərtlərinə dair məsələlər müzakirə olunub, eləcə də Türkiyə gömrük xidmətinin mütəxəssisləri “Malların son istifadə, saxlanc və daxildə emal xüsusi gömrük prosedurları” mövzusunda təqdimatlarla çıxış edib, Türkiyə təcrübəsinə dair məlumatlar veriblər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 30 Sentyabr 2022 14:22 Paylaş :