Dövlət Gömrük Komitəsində Anım Günü münasibətilə tədbir keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Dövlət Gömrük Komitəsində Anım Günü münasibətilə tədbir keçirilib Əsas Komitə Xəbərlər Dövlət Gömrük Komitəsində Anım Günü münasibətilə tədbir keçirilib Dövlət Gömrük Komitəsində Anım Günü münasibətilə tədbir keçirilib Dövlət Gömrük Komitəsində 27 Sentyabr - Anım Günü münasibətilə tədbir keçirilib. Mərasimdən öncə Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bildirib ki, iki il əvvəl sentyabrın 27-də Ermənistanın davamlı təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri cəbhənin bütün istiqamətləri üzrə əks-hücum əməliyyatlarına başladı. Azərbaycan bu əməliyyatları özünümüdafiə çərçivəsində və beynəlxalq humanitar hüquqa uyğun olaraq həyata keçirdi. Vətən müharibəsi Azərbaycan ərazisinin böyük hissəsinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun yazdığı qəhrəmanlıq tarixindən söz açan Şahin Bağırov bu qüruru bizə yaşadan şəhidlərimizə, qazilərimzə hər birimizin borclu olduğunu vurğulayıb. Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban xanım Əliyeva Vətən müharibəsində canlarını fəda edən şəhidlərimizin xatirələrinin əbədiləşdirilməsinə, şəhid ailələri və qazilərimizin hərtərəfli dövlət qayğısı ilə əhatə olunmasına xüsusi diqqət yetirir, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirir. Vətən müharibəsində Dövlət Gömrük Komitəsinin də 60 nəfər əməkdaşının iştirak etdiyi diqqətə çatdırılıb, onlardan Ülvi Hacıyevin şəhadətə qovuşduğu, 9 nəfərin isə yaralandığı bildirilib. Vurğulanıb ki, şəhidlərimiz, qazilərimiz heç zaman unudulmayacaq, daim diqqət mərkəzində olacaqlar. Tədbirdə çıxış edən şəhid valideynləri - gömrükçü şəhid Ülvi Hacıyevin anası Həmidə Hacıyeva, şəhid Rövşən Nuruzadənin atası Əli Nur Azərbaycan xalqının var olduğu müddətcə şəhidlərimizin qəlblərdə daim əbədi yaşayacağını söyləyib və ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya şəhid ailələrinə göstərdikləri qayğıya görə minnətdarlıqlarını bildiriblər. Mərasimdə Vətən müharibəsi qazisi İqbal Səfərov da çıxış edərək keçdiyi döyüş yolundan danışıb, onlara göstərilən etimada və dəstəyə görə təşəkkür edib. O dövlət başçısının müvafiq Sərəncamına əsasən 27 sentyabrın Anım Günü kimi qeyd edilməsini Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu bildirib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 27 Sentyabr 2022 14:20 Paylaş :