Blog

Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi barədə ELAN

28-09-2023

Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi barədə ELAN Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi barədə ELAN Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya namizədlərin irəli sürülməsi barədə ELAN Dövlət Gömrük Komitəsinin 13 sentyabr 2023-cü il tarixli sərəncamı ilə Komitə yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə Seçki Komissiyası yaradılmışdır. İctimai Şura üzvlüyünə seçkilərin təşkili məqsədilə yaradılmış Seçki Komissiyasının qərarına əsasən namizədlərin irəli sürülməsi və qeydiyyatı üçün müddət 28 sentyabr 2023-cü il tarixdən başlayaraq 20 iş günü müddətində müəyyən edilmişdir. Müraciətlər üzrə qeydiyyat 25 oktyabr 2023-cü il saat 18:00-da başa çatır. Seçki Komissiyasının qərarı ilə İctimai Şura üzvlərinin say həddi 9 nəfər olaraq müəyyən edilmişdir. İctimai Şuraya üzv olmaq istəyən namizədlərə dair tələblər: İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, gömrük işi sahəsində təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının fəaliyyət qabiliyyətli vətəndaşı üzv ola bilər. Hər bir vətəndaş cəmiyyəti institutu, müvafiq qanunvericiliyə uyğun olaraq İctimai Şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürməlidir. Namizədliyin irəli sürülməsi barədə müraciət gomruk.ictimaisura2023@gmail.com  elektron poçt ünvanına göndərilməlidir. Vətəndaş cəmiyyəti institutu müraciətinə namizəd barədə aşağıdakı sənədləri əlavə etməlidir: - şəxsiyyət vəsiqəsinin surəti; - namizədin tərcümeyi-halı; - namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti; - namizədin Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri ilə əlaqəli sahələr üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).   Tələb olunan sənəd və məlumatlardan əlavə vətəndaş cəmiyyəti institutları tərəfindən namizəd barədə geniş məlumat verən digər sənəd və məlumatlar da təqdim edilə bilər. Seçki Komissiyasının üzvləri barədə məlumatı aşağıdakı keçid vasitəsilə əldə edə bilərsiniz: https://customs.gov.az/az/komite/ictimaisura/ Dövlət Gömrük Komitəsi yanında İctimai Şuraya seçkilərlə bağlı suallarla əlaqədar vətəndaş cəmiyyəti institutları Seçki Komissiyasına iş günləri saat 09.00-dan 18.00-dək müraciət edə bilərlər.  Telefon nömrəsi: (012) 404-22-00 (daxili 22-14)  E-poçt ünvanı: gomruk.ictimaisura2023@gmail.com 28 Sentyabr 2023 10:46 Paylaş :