Blog

ÜGT-nin Avropa Regional Ofisinin fəaliyyəti barədə gömrük və ticarət attaşelərinə məlumat verilib

25-09-2023

Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr ÜGT-nin Avropa Regional Ofisinin fəaliyyəti barədə gömrük və ticarət attaşelərinə məlumat verilib Əsas Faydalı Xəbərlər ÜGT-nin Avropa Regional Ofisinin fəaliyyəti barədə gömrük və ticarət attaşelərinə məlumat verilib ÜGT-nin Avropa Regional Ofisinin fəaliyyəti barədə gömrük və ticarət attaşelərinə məlumat verilib Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların gömrük və ticarət attaşeləri ilə görüş keçirilib. Görüşdə çıxış edən ÜGT-nin Avropa Regional Ofisinin rəhbəri Antonio Lo Parco bildirib ki, ofisin əsas fəaliyyət istiqamətləri üzv ölkələr arasında əməkdaşlığı gücləndirmək, qabaqcıl təcrübələrin öyrənilərək paylaşılmasında regionun gömrük xidmətlərinə dəstək göstərməkdir.  Qeyd olunub ki, fəaliyyətin səmərəliliyinin artırılması məqsədilə üzv ölkələrin gömrük orqanları ilə yanaşı, elm və təhsil müəssisələri, aidiyyəti digər qurumlarla da əməkdaşlığın gücləndirilməsi istiqamətində addımlar atılır. Ölkəmizin gömrük orqanlarının 100 illik yubileyini təntənə ilə qeyd etdiyimiz müasir Azərbaycanın qurucusu, Ümummilli Lider Heydər Əliyevin üzaqgörən siyasəti nəticəsində formalaşdığını qeyd edən Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib ki, gömrük siyasətinin əsaslarını müəyyənləşdirən Ulu Öndər bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayıb və onun ideyalarının layiqli davamçısı  Prezident İlham Əliyevin dəstəyi ilə yaradılan regional ofis bunun bariz nümunəsidir. Eyni zamanda, təlimlərin keçirilməsi, məsləhətləşmələrin aparılması, proqram və sənədlərin tərtib olunması, əməkdaşlığın gücləndirilməsi baxımından regional ofisin önəmindən bəhs edilib. Tədbir çərçivəsində ofisin əməkdaşı Mirhəsən Seyidzadə qurumun yaranması, fəaliyyət istiqamətləri, əməkdaşlıq platformalarından bəhs edən xüsusi təqdimatla çıxış edib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 25 Sentyabr 2023 19:53 Paylaş :