Beynəlxalq Narkotiklərlə Mübarizə Konfransı (IDEC) keçirilib
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Beynəlxalq Narkotiklərlə Mübarizə Konfransı (IDEC) keçirilib Əsas Faydalı Xəbərlər Beynəlxalq Narkotiklərlə Mübarizə Konfransı (IDEC) keçirilib Beynəlxalq Narkotiklərlə Mübarizə Konfransı (IDEC) keçirilib Yamaykanın Seynt Ceyms şəhərində Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təşkilatçılığı ilə 37-ci Beynəlxalq Narkotiklərlə Mübarizə Konfransı (IDEC) keçirilib. Narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə üzrə strateji planların işlənib hazırlanması, ortaya çıxan təhdidlərin müzakirəsi üçün 130-dan çox ölkənin hüquq-mühafizə orqanlarının nümayəndə heyətlərinin qatıldığı konfransda “Transmilli cinayətkar təşkilatların və onların təchizat zəncirlərinin sıradan çıxarılması” mövzusu ətrafında müzakirələr aparılıb. Eyni zamanda, konfrans çərçivəsində keçirilən plenar sessiyalarda, innovativ və interaktiv seminarlarda ikitərəfli qarşılıqlı fəaliyyətlər, məlumat mübadiləsinin asanlaşdırılması, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ümumi öhdəliklərin icrasının yüksəldilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Sentyabr 2023 12:21 Paylaş :