Blog

Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib

23-09-2023

Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib Əsas Faydalı Xəbərlər Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin iclası keçirilib Qırğızıstanın Çolpan-Ata şəhərində MDB üzv dövlətləri Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 23-cü iclası keçirilib. İclasda Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi Orxan Nuriyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib. Nümayəndə heyəti əvvəl tədbirdə müzakirə olunacaq sənəd layihələrinin işlənib hazırlanması məqsədilə işçi qruplarının və ekspertlərin iştirakı ilə keçirilən iclasa qatılıb. MDB üzv dövlətləri Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 23-cü iclasında tütün məmulatlarının qanunsuz dövriyyəsi ilə mübarizə, beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilən, dövriyyəsi qadağan edilmiş malların aşkar edilməsi istiqamətində fəaliyyət, MDB dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mövcud vəziyyət, işçi qruplarının fəaliyyətləri və iş planları müzakirə edilib. Həmçinin, iclasın gündəliyinə çıxarılmış 10 qərar layihəsi müzakirə edilərək imzalanıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 23 Sentyabr 2023 12:08 Paylaş :