Xarici ticarət iştirakçıları ilə növbəti görüş Tovuz Gömrük İdarəsində keçirilib
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Xarici ticarət iştirakçıları ilə növbəti görüş Tovuz Gömrük İdarəsində keçirilib Əsas Faydalı Xəbərlər Xarici ticarət iştirakçıları ilə növbəti görüş Tovuz Gömrük İdarəsində keçirilib Xarici ticarət iştirakçıları ilə növbəti görüş Tovuz Gömrük İdarəsində keçirilib Tovuz Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə növbəti görüş olub. Görüş gömrük-biznes, gömrük-vətəndaş münasibətlərində qarşılıqlı etimadın gücləndirilməsi, sahibkarların təklif və rəylərinin dinlənilməsi məqsədilə təşkil olunub. Tədbirdə Dövlət Gömrük Komitəsinin son dövrlərdə apardığı təkmilləşdirilmələr, gömrük xidmətinin strateji hədəfləri barədə ətraflı məlumat verilib. Daha sonra “Yaşıl Dəhliz” buraxılış sistemindən daim istifadə hüququ əldə etmiş sahibkarların ölkəyə idxal etdikləri yüklərlə bağlı mövcud vəziyyət təhlil edilib, həmçinin “Gömrük orqanları tərəfindən malların təsnifatının və mənşə ölkəsinin müəyyənləşdirilməsi üzrə məcburi qərarlar qəbul edilməsinə dair Metodika”, “Gömrük bəyannamələrinin doldurulması qaydasının Metodikası”, “Gömrük dəyərinin müəyyən edilməsinin vahid Metodikası” ilə bağlı məlumatlar da sahibkarların diqqətinə çatdırılıb. Sonda xarici ticarət iştirakçılarının təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 19 Sentyabr 2023 10:46 Paylaş :