Blog

Daxili müsabiqənin qalibləri ilə görüş keçirilib

14-09-2023

Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Daxili müsabiqənin qalibləri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Daxili müsabiqənin qalibləri ilə görüş keçirilib Daxili müsabiqənin qalibləri ilə görüş keçirilib Sentyabrın 14-də Dövlət Gömrük Komitəsində 2-ci daxili müsabiqənin qalibləri ilə görüş keçirilib. Qeyd edək ki, daxili müsabiqə gömrük orqanlarında karyera inkişafı və vəzifə dəyişikliyində şəffaflığın təmin olunması, vəzifə yüksəlişində standartların və dəyərlər sisteminin formalaşdırılması, gömrük sistemində çalışan müvafiq səriştələrə malik kadrların müəyyənləşdirilməsi, vakant vəzifələr üzrə kadr ehtiyaclarının ödənilməsi məqsədilə keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən müsabiqə qaliblərinə qazandıqları uğurlara, göstərdikləri bilik və bacarıqlara görə təşəkkür edilib, onlara karyera yüksəlişi imkanları əldə etdikləri bildirilib. Xatırladaq ki,  2-ci daxili müsabiqənin “Qrup çalışmaları və təqdimat” mərhələsində iştirak edən 103 namizəddən ən yüksək nəticə göstərən 39 iştirakçı qalib olub.  DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 14 Sentyabr 2023 15:36 Paylaş :