Blog

Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı

14-09-2023

Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Dövlət Gömrük Komitəsi Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin məlumatı Sosial şəbəkələrdə poçt göndərişləri vasitəsilə ölkə ərazisinə göndərilən müxtəlif növ kosmetik vasitələrin gömrük orqanları tərəfindən buraxılışının dayandırılması  və gömrük ödənişləri həyata keçirilərkən əlavə vəsaitin tələb edilməsi ilə bağlı videomüraciət yayımlanıb. Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsi bildirir ki, bir şəxs tərəfindən ayrı-ayrı şəxslərin adına Ukraynadan Azərbaycan Respublikasına göndərilən, ümumi çəkisi 62.8 kg olan malların (kosmetik vasitələrin) kommersiya məqsədlərini daşıması ehtimalı olduğundan və ümumi invoys dəyəri 214 ABŞ dolları göstərildiyindən daha ətraflı gömrük nəzarətinin həyata keçirilməsinə zərurət yaranmış, vətəndaşın təkrarən gömrük orqanına dəvət edilməsi və onun iştirakı ilə müvafiq araşdırmanın aparılması nəzərdə tutulmuşdur. Eyni zamanda bildiririk ki, vətəndaşın çıxışında gömrük orqanları tərəfindən gömrük rüsum dərəcəsinin 400 %-ə qaldırılması ilə bağlı iddiasının heç bir əsası yoxdur. Qeyd edək ki, malların kommersiya məqsədilə ölkə ərazisinə gətirilməsi zamanı bəyan edilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın müddəaları ilə tənzimlənir. Eyni zamanda mallar ölkə ərazisinə idxal olunarkən qanunvericiliklə nəzərdə tutulan hallarda gömrük yığımlarına,  gömrük rüsumlarına və əlavə dəyər vergisinə  cəlb olunur.                                                                                                                    DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 12 Sentyabr 2023 15:05 Paylaş :