Daxili müsabiqənin “Qrup çalışmaları və təqdimat” mərhələsinin nəticələri məlum olub
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Daxili müsabiqənin “Qrup çalışmaları və təqdimat” mərhələsinin nəticələri məlum olub Əsas Faydalı Xəbərlər Daxili müsabiqənin “Qrup çalışmaları və təqdimat” mərhələsinin nəticələri məlum olub Daxili müsabiqənin “Qrup çalışmaları və təqdimat” mərhələsinin nəticələri məlum olub Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsinin aparatında, ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində mövcud vakant vəzifələrin şəffaflıq və obyektivlik prinsipləri əsasında tutulması məqsədilə daxili müsabiqə elan edilmişdi. Daxili müsabiqədə iştirak etmək üçün 388 namizəd müraciət etmişdir. Anket formaları Komissiya tərəfindən (doldurulma qaydalarına uyğunluğu nəzərə alınmaqla) təhlil edilmiş və tələblərə cavab verən 340 namizəd daxili müsabiqənin ikinci – “Səriştəlilik və ümumi normativ hüquqi aktlara dair biliklərin yoxlanılması testi” mərhələsində iştirak hüququ qazanmışdır. Bu mərhələyə qatılan 307 namizədin 105-i test imtahanında uğur əldə edərək müsabiqənin növbəti “Qrup çalışmaları və təqdimat” mərhələsinə keçmişdir. Namizədlərin xidməti vəzifələrin həyata keçirilməsi ilə bağlı zəruri səriştələrinin qiymətləndirilməsi məqsədilə müsabiqənin “Qrup çalışmaları və təqdimat” mərhələsi 2 sentyabr 2023-cü il tarixdə beynəlxalq təcrübədə tətbiq olunan “Assessment Center” (Qiymətləndirmə Mərkəzi) sisteminə uyğun olaraq keçirilmişdir. Cavablar ixtisaslı ekspert qrupu tərəfindən vahid, dəqiq və reqlamentləşdirilmiş təlimat əsasında qiymətləndirilmiş, bu mərhələdə iştirak edən 103 namizəddən ən yüksək nəticə göstərən 39 müsabiqə iştirakçısı qalib olmuşdur. Qeyd edək ki, daxili müsabiqənin növbəti – “Situativ və panel müsahibə” mərhələsi 11,12 və 13 sentyabr tarixlərində keçiriləcək. 8 Sentyabr 2023 15:26 Paylaş :