Blog

CARICC-in nümayəndələri təcrübələrini gömrükçülərlə bölüşüblər

06-09-2023

Xəbərlər Operativ məlumatlandırma Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr CARICC-in nümayəndələri təcrübələrini gömrükçülərlə bölüşüblər Əsas Faydalı Xəbərlər CARICC-in nümayəndələri təcrübələrini gömrükçülərlə bölüşüblər CARICC-in nümayəndələri təcrübələrini gömrükçülərlə bölüşüblər Sentyabrın 6-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində gömrük əməkdaşları üçün təlim keçirilib. Mərkəzi Asiya Regional İnformasiya və Əlaqələndirmə Mərkəzinin direktoru Ataqeldi Yazlıyevin rəhbərliyi ilə baş tutan təlim gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq, potensialını gücləndirilmək məqsədilə təşkil edilib. Təlim zamanı narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi zamanı mübarizə metodlarından, bu sahədə aparılan təhlillərdən ətraflı bəhs edilib. Daha sonra təlim narkotik dövriyyəsi ilə bağlı əməliyyatlar, narkotiklərin əsas çatdırılma marşurutları mövzularında təqdimatlarla davam edib. CARICC-in nümayəndələri narkotik vasitələrlə bağlı statistik göstəriciləri, mübarizə tədbirləri, beynəlxalq əməkdaşlıq, bu sahədə müşahidə olunan yeni məlumatları gömrükçülərin diqqətinə çatdırıblar. Tədbirdə nümayiş etdirilən təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 6 Sentyabr 2023 15:20 Paylaş :