Blog

Gömrük əməkdaşları üçün təlimlər keçirilib

06-09-2023

Xəbərlər Operativ məlumatlandırma Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük əməkdaşları üçün təlimlər keçirilib Əsas Faydalı Xəbərlər Gömrük əməkdaşları üçün təlimlər keçirilib Gömrük əməkdaşları üçün təlimlər keçirilib Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Regional Ofisində gömrük əməkdaşları üçün təlimlər keçirilib. İki gün davam edən təlimlərdə “Dövlət qulluqçularının etik davranış qaydaları, o cümlədən gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi: əsas prinsiplər və tətbiqi məsələlər”, “Vətəndaşlarla iş standartları”, “Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikası Qanunu: tələblər, tətbiqi məsələlər və beynəlxalq standartlar”, “Liderlik” və “İşgüzar etiket qaydaları” mövzuları üzrə təqdimatlar keçirilib, iştirakçılar müxtəlif qruplarda şərti tapşırıqları yerinə yetiriblər. Daha sonra müvafiq  mövzular üzrə müzakirələrin keçirilməsilə təlimlər interaktiv qaydada davam etdirilib. Xatırladaq ki, təlimlərdə Sumqayıt Gömrük İdarəsi, “Kürdəmir”, “Şirvan” və “Poçt və ekspres daşımalar” gömrük postları üzrə, ümumilikdə 17 əməkdaş iştirak edib.  DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 6 Sentyabr 2023 12:04 Paylaş :