Blog

Podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib

05-09-2023

Xəbərlər Operativ məlumatlandırma Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib Podratçı şirkətlərin nümayəndələri ilə görüş keçirilib Sentyabrın 5-də Dövlət Gömrük Komitəsi ilə SOCAR və BP-nin podratçı şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov ölkəmizdə həyata keçirilən uğurlu neft strategiyasından danışaraq Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanmış "Əsrin müqaviləsi"nin müstəqil Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatında çox mühüm tarixi hadisə olduğunu bildirib. Qeyd edilib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu Öndərin siyasətini inamla davam etdirərək Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında yeni bir mərhələnin başlanğıcını qoydu, neft strategiyasının da uğurla həyata keçirilməsinə nail oldu. Bu mühüm və strateji əhəmiyyətli sahəyə iri həcmdə investisiyalar qoyuldu, yeni neft yataqlarının istismarına başlanıldı. Azərbaycan neft və qaz istehsalının sürətlə artması nəticəsində regionun və bütövlükdə dünyanın iri neft və qaz ixrac edən ölkəsinə çevrildi. Tədbirdə BP və onunla bərabər fəaliyyət göstərən şirkətlərin Azərbaycanda sosial, infrasturuktur layihələrin həyata keçirilməsi istiqamətində fəaliyyətlərindən də bəhs edilib. Həmçinin neft-qaz hasilatı sahəsində fəaliyyət göstərən şirkətlərlə gömrük orqanları arasında mövcud əlaqələrə toxunulub, eləcə də gömrük sistemində son dövrlərdə aparılan təkmilləşdirilmələr, tətbiq edilən yeniliklər, strateji hədəflər, prioritet istiqamətlər, tətbiqinə başlanan və gələcəkdə reallaşdırılması nəzərdə tutulan layihələr barədə məlumat verilib. Sonra “sistem və alətlər”, “normativ tələblər”, “proses və prosedurlar”, “rüsumlar və ödənişlər”, “buraxılış qabiliyyəti və səmərəlilik” mövzularında şirkət nümayəndələri tərəfindən verilən suallar cavablandırılıb, bəzi situativ məsələlər üzrə fikir mübadiləsi aparılıb, növbəti mərhələlərdə gömrük-biznes əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb, rəy və təkliflər dinlənilib. Qeyd edək ki, tədbir çərçivəsində Dövlət Gömrük Komitəsinin rəhbərliyi ilə BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counzun rəhbərlik etdiyi nümayəndə heyəti arasında da görüş keçirilib. 5 Sentyabr 2023 18:17 Paylaş :