Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib
Xəbərlər Operativ məlumatlandırma Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib Əsas Faydalı Xəbərlər Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib Naxçıvan Baş Gömrük İdarəsində “Gömrük dəyərinin müəyyən edilməsinin vahid metodikası” mövzusunda təlim keçirilib. Təlimdə Naxçıvan Baş Gömrük İdarəsinin tabeçiliyində olan struktur bölmələrin əməkdaşları iştirak ediblər. Naxçıvan Baş Gömrük İdarəsinin rəisinin müavini Rəşad Bayramov mövzunun aktuallığına dair fikirlərini bölüşüb və gömrük əməkdaşlarını təlimdə aktiv olmağa dəvət edib. Sonra Dövlət Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Gömrük dəyərləndirilməsi şöbəsinin rəisi Vüqar Əhmədov “Gömrük dəyərinin müəyyən edilməsinin vahid metodikası” barədə danışıb, həyata keçirilən təkmilləşdirilmələr və yeniliklər barədə məlumat verib, gələcəkdə tətbiq ediləcək yeni layihələrin əhəmiyyətindən söz açıb. Təlimdə gömrük əməkdaşlarını maraqlandıran suallar ətraflı cavablandırılıb, dinləyicilərin təlimi mənimsəmə səviyyəsinin ölçülməsi məqsədilə 30 dəqiqə ərzində 10 tapşırıq sualı təqdim edilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 1 Sentyabr 2023 18:08 Paylaş :