Blog

Saxta avtomobil ehtiyat hissələrinin müəyyənləşdirilməsi ilə bağlı təlim keçirilib

23-08-2023

Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Saxta avtomobil ehtiyat hissələrinin müəyyənləşdirilməsi ilə bağlı təlim keçirilib Əsas Faydalı Xəbərlər Saxta avtomobil ehtiyat hissələrinin müəyyənləşdirilməsi ilə bağlı təlim keçirilib Saxta avtomobil ehtiyat hissələrinin müəyyənləşdirilməsi ilə bağlı təlim keçirilib Avqustun 23-də Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün "Hyundai" və "Kia" brendlərinə məxsus saxta avtomobil ehtiyat hissələrinin müəyyənləşdirilməsi və Azərbaycan Respublikasına gətirilməsinin qarşısının alınması mövzusunda təlim keçirilib. “Auto Azərbaycan” MMC tərəfindən təşkil edilən təlimin məqsədi sözügedən brendlərə məxsus ehtiyat hissələrinin xüsusiyyətləri barədə gömrük əməkdaşlarının məlumatlandırılması, bilik və bacarıqlarının artırılmasıdır. Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrinin, ərazi və ixtisaslaşmış gömrük idarələrinin 15-ə qədər əməkdaşının iştirak etdiyi təlimdə şirkətin ekspertləri tərəfindən orijinal və saxta hissələri fərqləndirmək, saxta məhsulu müəyyən etmək üçün hazırlanan yeni mobil proqram barədə təqdimat nümayiş etdirilib.  Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və sertifikatlar təqdim olunub. 23 Avqust 2023 18:42 Paylaş :