Blog

Külli miqdarda siqaretlər və pirotexniki vasitə aşkar edilib

12-08-2023

Xəbərlər Operativ məlumatlandırma Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Külli miqdarda siqaretlər və pirotexniki vasitə aşkar edilib Əsas Faydalı Xəbərlər Külli miqdarda siqaretlər və pirotexniki vasitə aşkar edilib Külli miqdarda siqaretlər və pirotexniki vasitə aşkar edilib Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə Xaçmaz gömrük idarəsinin “Samur” gömrük  postunda gömrük baxışı keçirilib. Şifahi sorğu-sual zamanı sürücü nəqliyyat vasitəsində gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirib. Lakin sürücünün davranışları gömrük əməkdaşlarında şübhə doğurduğundan avtomobilin stasionar rentgen qurğusunda yoxlamadan keçirilməsinə qərar verilib. Gömrük baxışı zamanı avtomobilin qoşqusunda şübhəli təsvirlər müşahidə olunub və yükə yoxlama qrupu tərəfindən təkrar baxış keçirilib. Nəticədə nəqliyyat vasitəsinin qoşqusunun döşəməsi sökülərkən əvvəlcədən quraşdırılan gizli saxlanc yerindən gömrük orqanına bəyan edilməyən, gömrük nəzarətindən gizlədilən 8 adda 282200 ədəd siqaretlər, 4320 ədəd pirotexniki vasitə aşkar edilib. Faktla bağlı təhqiqat aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 12 Avqust 2023 20:14 Paylaş :