Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib
Xəbərlər Operativ məlumatlandırma Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib Əsas Faydalı Xəbərlər Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib Bakı Baş Gömrük İdarəsində sahibkarlarla keçirilən növbəti görüşdə gömrük-biznes əməkdaşlığının gücləndirilməsi, gömrük sistemində biznes nümayəndələrinə münbit şəraitin yaradılması, həmçinin gömrük prosedurlarının asanlaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi istiqamətində görülən işlərdən bəhs edilib. Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov son dövrlərdə gömrük sistemində həyata keçirilən təkmilləşdirilmələr və yeniliklər barədə məlumat verib, gələcəkdə tətbiq ediləcək yeni layihələrin biznes nümayəndələri üçün əhəmiyyətindən söz açıb. Bildirilib ki, cari ilin avqustunda pilot qaydada tətbiqinə başlanılan yeni layihəyə əsasən “könüllü əməletmə” prinsipi əsasında fəaliyyət göstərən sahibkarların bəyannamələrinin 30 dəqiqə ərzində yoxlanılması və nəqliyyat vasitələrinin sürətli çıxışı təmin ediləcək. İlkin mərhələdə 5 sahibkarın istifadə etdiyi layihədən hazırda 60 biznes subyekti faydalanmaqdadır. Avqustun sonunadək isə fəaliyyətini qanunvericiliyə uyğun şəkildə quran 400-ə qədər şirkətin yeni layihədən istifadə etməsi planlaşdırılır. Qeyd olunub ki, şəffaflıq, vətəndaş və sahibkar məmnuniyyəti gömrük orqanlarının əsas strateji hədəflərindəndir. Bu məqsədlə gömrük rəsmiləşdirilməsinin daha da sadələşdirilməsi, gömrük bəyannaməsinin doldurulması prosesinin təkmilləşdirilməsi, rəqəmsal həllərin tətbiqi hesabına vətəndaş-məmur təmasının minimuma endirilməsi istiqamətində mühüm addımlar atılır ki, bu da sahibkarlara vaxt və vəsaitə qənaət etmək baxımından əlavə imkanlar yaradır. Sonda biznes nümayəndələrinin təklif və rəyləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 12 Avqust 2023 15:39 Paylaş :