Blog

Külli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilib

12-08-2023

Xəbərlər Operativ məlumatlandırma Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Külli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilib Əsas Faydalı Xəbərlər Külli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilib Külli miqdarda narkotik vasitələr və psixotrop maddə aşkar edilib Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal-1 Beynəlxalq Hava Limanı” gömrük postunda İstanbul-Bakı aviareysi ilə Türkiyədən Azərbaycan Respublikasına gələn vətəndaşın üzərinə və əşyalarına yoxlama keçirilib. Yoxlama zamanı həmin şəxsə məxsus çamadanın içərisində malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 5 qabda gömrük nəzarətindən gizlətdiyi, ümumilikdə külli miqdarda 750,831 qram kokain, 2,944 qram qurudulmuş marixuana, 2,742 qram həşiş qətranı narkotik vasitələri, 3,202 qram MDMA psixotrop maddəsi, tərkibindəki preqabalin güclü təsiredici maddəsinin ümumi miqdarı 12,6 qram olan külli miqdarda, 28 həb “Lyrica 150 mg” və 28 həb “Lyrica 300 mg” kapsulları aşkar olunaraq götürülüb.   Faktla bağlı Komitənin Əməliyyat-İstintaq Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını əldə etmə, saxlama) və 240.3.2-ci (Güclü təsir edən maddələrin satış məqsədilə qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi başlanıb. Aparılmış istintaqla 1 nəfər şəxs cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs seçilmiş, 1 nəfər şəxsin barəsində isə istintaqdan gizləndiyi üçün axtarış elan edilib.     Hazırda cinayət işinin istintaqı davam etdirilir. 12 Avqust 2023 15:25 Paylaş :