Xeyli miqdarda dərman preparatı aşkar edilib
Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Xeyli miqdarda dərman preparatı aşkar edilib Əsas Faydalı Xəbərlər Xeyli miqdarda dərman preparatı aşkar edilib Xeyli miqdarda dərman preparatı aşkar edilib Biləsuvar Gömrük İdarəsinin əməkdaşları gömrük orqanına bəyan edilməyən xeyli miqdarda dərman preparatı aşkar ediblər. Stasionar rentgen qurğusu ilə aparılan gömrük yoxlaması zamanı Naxçıvan-Bakı marşrutu ilə hərəkət edən sərnişinlərdən ikisinin əl yüklərindəki 4 qutuda şübhə doğuran təsvirlər müşahidə olunub. Şifahi sorğu-sual zamanı həmin şəxslər əl yüklərində gömrük nəzarətindən gizlədilən, gömrük orqanına bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər. Əsaslı yoxlama zamanı isə şübhəli yüklərin içərisində, 250 qramlıq yağ paketlərinin altında malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, üzərində “Cinnatropin Somatropin 10 mg/1.5 ml” yazısı olan, ümumilikdə 42 qutuda qablaşdırılan 126 ədəd dərman preparatı aşkar edilib. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 7 Avqust 2023 15:23 Paylaş :