Blog

Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti DGK-nın struktur bölmələrinin fəaliyyəti ilə tanış olub

03-08-2023

Xəbərlər Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti DGK-nın struktur bölmələrinin fəaliyyəti ilə tanış olub Əsas Faydalı Xəbərlər Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti DGK-nın struktur bölmələrinin fəaliyyəti ilə tanış olub Səudiyyə Ərəbistanı Krallığının nümayəndə heyəti DGK-nın struktur bölmələrinin fəaliyyəti ilə tanış olub Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin rəhbəri Suhail bin Muhammed Abanminin rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin bəzi struktur bölmələrinin fəaliyyəti ilə tanış olub. Dövlət Gömrük Komitəsinin Akademiyasına gələn nümayəndə heyətinə təhsil ocağının fəaliyyət istiqamətləri, maddi-texniki bazası, tədris olunan fənlər barədə məlumat verilib. Qonaqlar auditoriyaları gəzərək Akademiyada yaradılan şəraitlə əyani şəkildə tanış olublar. Dövlət Gömrük Komitəsinin Kinoloji Mərkəzinə də səfər edən nümayəndə heyətinə qurumun fəaliyyəti, kinoloji xidmət itlərinin saxlanma və yetişdirilmə şəraiti, əldə olunan nailiyyətlər barədə məlumat verilib. Qonaqlar kinoloji xidmət itlərinin hazırlıq və təlim prosesini izləyiblər. Nümayəndə heyətinin üzvləri həmçinin Abşeron Logistika Mərkəzi və Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyəti ilə tanış olub, gömrük nəzarətinin, sərhədkeçmə proseslərinin təşkili ilə bağlı görülən işlər barədə məlumatlandırılıblar.   DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 3 Avqust 2023 09:18 Paylaş :