Blog

Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin rəhbəri ilə görüş keçirilib

01-08-2023

Xəbərlər Operativ məlumatlandırma Rəylər Onlayn təqdimatlar Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin rəhbəri ilə görüş keçirilib Əsas Faydalı Xəbərlər Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin rəhbəri ilə görüş keçirilib Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin rəhbəri ilə görüş keçirilib Avqustun 1-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov  və Səudiyyə Ərəbistanı Krallığının Zəkat, Vergi və Gömrük Xidmətinin rəhbəri Suhail bin Muhammed Abanmi arasında görüş keçirilib. Görüşdə iki ölkənin gömrük xidmətləri arasındakı yaranan əməkdaşlıqdan məmnunluqla bəhs edilib, mövcud əlaqələrin daha da genişləndirilməsinin vacibliyi vurğulanıb. Həmçinin son dövrlərdə Azərbaycan gömrük xidməti tərəfindən həyata keçirilən təkmilləşdirilmələr, yeniliklər barədə məlumat verilib, eləcə də Dövlət Gömrük Komitəsinin əməkdaşları risklərin idarəolunması, rəqəmsal ekosistemlər və təşəbbüslər mövzularında təqdimatlarla çıxış edib, qonaqları maraqlandıran sualları cavablandırıblar. Görüşdə risklərin idaəolunması, elektron ticarət, hüquqpozmalar, gömrük sistemində süni intellektin tətbiqi ilə bağlı müzakirələr aparılıb, hər iki ölkənin  gömrük orqanlarının əldə etdiyi təcrübələrin öyrənilməsi və paylaşılması məqsədilə işçi qrupların yaradılması qərara alınıb.   DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 1 Avqust 2023 18:02 Paylaş :