Blog

Yarışlarda uğur qazanan idmançılarla görüş keçirilib

22-07-2023

Xəbərlər Operativ məlumatlandırma Rəylər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Yarışlarda uğur qazanan idmançılarla görüş keçirilib Əsas Faydalı Xəbərlər Yarışlarda uğur qazanan idmançılarla görüş keçirilib Yarışlarda uğur qazanan idmançılarla görüş keçirilib Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general leytenantı Şahin Bağırov Komitənin İdman-Sağlamlıq Mərkəzinin beynəlxalq və respublika əhəmiyyətli yarışlarda uğur qazanan bir qrup idmançısı ilə görüşüb. Görüşdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru  Bəhruz Quliyev, Dövlət Gömrük Komitəsi İdman-Sağlamlıq Mərkəzinin rəisi Xəzər İsayev, Mərkəzin idmançıları - yunan-Roma güləş növündə Avropa çempionu Ruslan Nurullayev, Polşada keçirilən III Avropa Oyunlarında taekvando üzrə bürünc medal mükafatçısı Qaşım Maqomedov və həmin yarışda boks üzrə fəxri kürsünün 2-ci pilləsinə yüksələrək Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan Məhəmməd Abdullayev, U17 yaş qrupu üzrə qadınlar arasında respublika birinciliyinin qalibi “Gömrükçü” komandasının məşqçiləri və üzvləri iştrak ediblər. Görüşdə ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı istiqamətində həyata keçirilən uğurlu dövlət siyasətindən, idmançılara göstərilən hərtərəfli dövlət qayğısından bəhs olunub.  Qeyd olunub ki, həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ölkəmiz idman sahəsində beynəlxalq tədbirlərə evsahibliyi etməklə yanaşı, mütəmadi olaraq uğurlu nəticələr əldə edir və  idmançılarımız tərəfindən üçrəngli bayrağımız dünyanın mötəbər idman yarışlarında dalğalandırılır. Həmçinin gömrük orqanlarının da idman sahəsində gördüyü işlərdən, bu istiqamətdə əməkdaşların fərdi bacarıqlarının və karyeralarının inkişafı məqsədilə atılan addımlardan bəhs olunub.   DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 22 İyul 2023 16:52 Paylaş :