Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin iclası keçirilib
Xəbərlər Rəylər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin iclası keçirilib Əsas Faydalı Xəbərlər Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin iclası keçirilib Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin iclası keçirilib İyulun 19-da Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofsində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Tranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin 8-ci iclası keçirilib. İclasda Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğız, Türkmənistan, Pakistan,Tacikistan, İran gömrük xidmətlərinin nümayəndələri iştirak edib. Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, İƏT-in Baş katibinin müavini Sayed Mohsen Esperi regional tranzitin inkişafı, yükdaşımaların həcminin artırılmasının əhəmiyyətindən, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsinin vacibliyindən bəhs ediblər. O da vurğulanıb ki, tranzit əməliyyatları rəqəmsallaşdırılmalı, gömrük prosedurları sadələşdirilməklə gömrük nəzarəti və sərhədkeçmə proseslərinə sərf olunan vaxt minimuma endirilməlidir. Daha sonra İƏT-inTranzit Nəqliyyat Koordinasiya Şurasının Gömrük Tranzit Komitəsinin 7-ci iclasından sonra görülən işlərlə bağlı nümayəndə heyətlərinin çıxışları dinlənilib. Həmçinin iclasda gömrük sahəsində görülən işlər-tranzit daşımaların sürətləndirilməsi, eTİR layihəsinin tətbiqinin genişləndirilməsi, gömrük prosedurlarının sadələşdirilməsi, dövlət - özəl sektor əməkdaşlığının genişləndirilməsi və digər məsələlərlə bağlı müzakirələr aparılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 19 İyul 2023 16:38 Paylaş :