Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu
Xəbərlər Rəylər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu Əsas Faydalı Xəbərlər Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası quruldu Dövlət Gömrük Komitəsinin Akademiyasında “Gais”, “Malwation” və “PEYK” Kibertəhlükəsizlik Texnologiyaları Anonim Şirkətləri ilə əməkdaşlıq çərçivəsində “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası qurulub. Bu münasibətlə Akademiyada laboratoriyanın açılışı və hər üç şirkətlə Anlaşma Memorandumlarının imzalanması mərasimi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Fuad Aslanov, Türkiyənin Azərbaycandakı Səfirliyinin, “Gais”, “Malwation”, “PEYK” şirkətlərinin, həmçinin əlaqədar dövlət və özəl qurumlarının nümayəndələri iştirak ediblər. Tədbirdə kibertəhlükəsizliyin, bu sahədə ixtisaslı, hərtərəfli biliklərə malik kadrların yetişdirilməsinin əhəmiyyətindən bəhs edilib, Akademiyanın bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilib. Laboratoriyanın açılışında iştirak edən qonaqlar həmçinin Akademiyada yerli və xarici mütəxəssislər tərəfindən dərs və məşğələlərin tədris olunduğu kibertəhlükəsizlik üzrə yay məktəbinin iştirakçısı olan tələbələrlə də görüşüblər. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulmuş “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası tələbələrə qeyd olunan tərkibdə (VULPMP - Mərkəzi pentest idarəetmə, AIMA - Zərərli proqramların təhlili sistemi, MSP - Zərərli proqram simulyasiya platforması və digər kiber monitorinq alətləri) “Gais Cyber Security”, “Malwation” və “PEYK” kibertəhlükəsizlik məhsullarından istifadə və kritik sistemlərə nəzarət etmə imkanı verəcək. “Gais” kibertəhlükəsizlik şirkəti VULPMP proqram təminatını, “PEYK” şirkəti veb-saytların monitorinqi üçün qabaqcıl alətləri, “Malwation” şirkəti isə hazırda ölkədə və dünyada tanınan AİMA, MSP və CDR kimi proqram təminatını təklif edir. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 13 İyul 2023 14:45 Paylaş :