Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib
Xəbərlər Rəylər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib Dövlət Gömrük Komitəsində kollegiya iclası keçirilib İyulun 10-da Dövlət Gömrük Komitəsində 2023-cü ilin birinci yarısına həsr olunan kollegiya iclası keçirilib. Tədbirin əvvəlində qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra iclasın gündəliyində duran məsələlər müzakirə olunub. Gömrük orqanlarının cari ilin 6 ayı ərzindəki fəaliyyəti barədə ötən ilin müvafiq dövrü ilə müqayisəli təhlililinə əsaslanan hesabat dinlənilib. Həmçinin gömrük xidmətində aparılan struktur dəyişiklikləri və inzibatçılığın təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov son dövlərdə gömrük sistemində aparılan təkmilləşdirmələrin mahiyyətindən bəhs edərək bildirib ki, dəyişikliklərin əsas hədəfi idarəçliyinin və gömrük inzibatçılığının metodoloji əsaslarla qurulmasıdır. Bu da hədəflərin düzgün müəyyən olunması və qiymətləndirilməsi, qurumlararası əlaqələrin gücləndirilməsi, bir sözlə fəaliyyətin optimallaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Daha sonra hesabat dövründə görülən işlərlə bağlı müzakirələr aparılıb, Komitənin strateji hədəflərinin icrası istiqamətində tapşırıq və tövsiyələr verilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 10 İyul 2023 15:53 Paylaş :