Vətəndaşlar arasında növbəti sorğu keçirilib
Xəbərlər Rəylər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Vətəndaşlar arasında növbəti sorğu keçirilib Əsas Faydalı Xəbərlər Vətəndaşlar arasında növbəti sorğu keçirilib Vətəndaşlar arasında növbəti sorğu keçirilib Vətəndaş və sahibkar məmnuniyyətinin, xidmətlərin əlçatanlığının, şəffaflığın artırılması, gömrük işinin təşkili prosesində ictimai iştirakçılığın təmin olunması Dövlət Gömrük Komitəsinin əsas strateji hədəflərindəndir. Gömrük orqanları fikir və təkliflərin öyrənilməsi, ictimai rəyin müəyyənləşdirilərək tətbiq ediləcək layihə və yeniliklərdə öz əksini tapmasına xüsusi diqqət göstərir. Bu məqsədlə Dövlət Gömrük Komitəsi və Dövlət Turizm Agentliyinin könüllüləri tərəfindən Heydər Əliyev Beynəlxalq Aeroportunda növbəti sorğu keçirilib. Cari ilin may ayının 25-dən iyun ayının 26-dək keçirilən sorğu nəticəsində ümumilikdə rəyi öyrənilən 1044 respondentdən 995-i, yəni 95%-i gömrük orqanlarının fəaliyyətindən razı, 49 nəfəri və ya 5%-i isə narazıdır. Sorğuda iştirak edən respondentlərin 695 nəfəri (67%) Azərbaycan, 341 nəfəri (33%) isə xarici ölkə vətəndaşları olub. Azərbaycan vətəndaşlarının 94%-i, xarici ölkə vətəndaşlarının isə 97%-i gömrük orqanının fəaliyyətindən məmnun olduğunu bildirib. Respondentlər tərəfindən verilən irad və təkliflər üzrə ümumi olaraq müəyyən edilib ki, əlavə yoxlamaların vaxt itkisinə səbəb olması, bəzi hallarda əməkdaşların vətəndaşlarla kobud rəftarı və müxtəlif səbəblərdən növbələrin yaranması əsas narazılıq yaradan amillərdəndir. Verilən irad və təkliflər nəzərə alınaraq müvafiq tədbirlərin həyata keçirilməsi istiqamətində işlər aparılır. 7 İyul 2023 16:57 Paylaş : Rəhimov Saleh Səbuhi 8 İyul 2023 13:18 Mən asan login sistemindən keçəndən sonra yenidən təkrar asan logun səhifəsinə qayıdır necə edim zəhmət olmasa kömək edin mən məhsul vurmuşam trendyoldan gömrük bəyanəməsi verməliyəm buda olmur ki bəyanəmə göndətim zəhmət olmasa köməklik edin Dövlət Gömrük Komitəsi 8 İyul 2023 15:53 Hörmətli vətəndaş, “e.customs.gov.az” portalının və “Smart Customs” mobil tətbiqinin giriş bölməsi (ASAN Login) İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin səlahiyyətlərinə aid olduğundan rastlaşdığınız çətinliklə bağlı həmin quruma müraciət etməyinizi xahiş edirik.