DGK sədri Norveç Krallığı Gömrük İdarəsinin Baş direktoru ilə görüşüb
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr DGK sədri Norveç Krallığı Gömrük İdarəsinin Baş direktoru ilə görüşüb Əsas Faydalı Xəbərlər DGK sədri Norveç Krallığı Gömrük İdarəsinin Baş direktoru ilə görüşüb DGK sədri Norveç Krallığı Gömrük İdarəsinin Baş direktoru ilə görüşüb Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının 141/142-ci Sessiyasında iştirak etmək məqsədilə Brüsseldə səfərdə olan Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Norveç Krallığı Gömrük İdarəsinin Baş direktoru Oystein Bormerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə iki ölkənin gömrük orqanları arasında əməkdaşlığın perspektivləri, əlaqələrin daha da genişləndirilməsi, qabaqcıl təcrübələrin bölüşülməsi, xüsusilə gömrük dəyərinin müəyyən edilməsi istiqamətində Norveç təcrübəsinin öyrənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin görüşdə ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması məqsədilə region ölkələrinin gömrük xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi, kommunikasiyanın daha asan və sadə şəkildə qurulmasına dair məsələlər müzakirə olunub. Eyni zamanda sessiyada müzakirə olunacaq məsələlər, ÜGT-nin Gömrük Əməkdaşlıq Şurasına keçiriləcək seçkilər barədə də fikir mübadiləsi aparılıb. 20 İyun 2023 22:24 Paylaş :