Blog

Gömrük Akademiyasında tələbələrlə görüş keçirilib

15-09-2022

Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrük Akademiyasında tələbələrlə görüş keçirilib Əsas Komitə Xəbərlər Gömrük Akademiyasında tələbələrlə görüş keçirilib Gömrük Akademiyasında tələbələrlə görüş keçirilib Sentyabrın 15-də Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov yeni tədris ilinin başlanması ilə əlaqədar olaraq Dövlət Gömrük Komitəsinin Akademiyasında (DGKA) tələbələr və valideynlərlə görüşüb. Birinci kurs tələbələrini və onların valideynlərini təbrik edən Şahin Bağirov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsilin inkişafı, müasir standartlara uyğun şəkildə qurulması istiqamətində mühüm islahatların həyata keçirildiyini bildirib. DGKA-nın qısa müddət ərzində inkişafına, məzmun və müasir üsulların tətbiqi baxımından tədrisin günün tələbləri səviyyəsində qurulmasına xüsusi diqqət göstərildiyi vurğulanıb. Şahin Bağırov Akademiyada tələbələrin bilikli və ixtisaslı geniş sahəvi mütəxəssislər, layiqli vətəndaş kimi yetişmələri üçün imkanların səfərbər olunacağını, onların asudə vaxtının səmərəli təşkili, fərdi bacarıqlarının inkişaf etdirilməsi istiqamətində zəruri addımların atılacağını diqqətə çatdırıb. Sonra qəbul zamanı yüksək bal toplayan 1-ci kurs tələbələrinə tələbə kartları təqdim edilib. Görüşdə çıxış edən valideynlər Akademiyada yaradılan şəraitə, tələbələrə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürlərini ifadə ediblər. Qeyd edək ki, bu il  5 ixtisas üzrə 140 tələbə Akademiyada təhsil almaq hüququ qazanıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 15 Sentyabr 2022 12:39 Paylaş :