Blog

Dövlət Gömrük Komitəsinin sədri Quba şəhərində vətəndaşları qəbul edib

16-06-2023

Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Dövlət Gömrük Komitəsinin sədri Quba şəhərində vətəndaşları qəbul edib Əsas Faydalı Xəbərlər Dövlət Gömrük Komitəsinin sədri Quba şəhərində vətəndaşları qəbul edib Dövlət Gömrük Komitəsinin sədri Quba şəhərində vətəndaşları qəbul edib Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin müsbət həlli üçün müvafiq tədbirlər görürlər. İyunun 16-da Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Quba şəhərindəki Heydər Əliyev Mərkəzində Quba və Qusar rayonlarından olan vətəndaşları qəbul edib. DGK sədri qəbuldan öncə Quba şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub. Komitənin müvafiq strukturlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Quba və Qusar rayon sakinlərinin müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən işə qəbul, idxal-ixrac əməliyyatları və digər gömrük məsələləri ilə bağlı olub. Qəbul zamanı hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, araşdırılması tələb olunan bəzi müraciətlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 16 İyun 2023 13:06 Paylaş :