“Sərhədlərarası elektron ticarət” mövzusunda seminar keçirilir
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr “Sərhədlərarası elektron ticarət” mövzusunda seminar keçirilir Əsas Faydalı Xəbərlər “Sərhədlərarası elektron ticarət” mövzusunda seminar keçirilir “Sərhədlərarası elektron ticarət” mövzusunda seminar keçirilir İyunun 12-də Ümumdünya Gömrük Təşkilatının (ÜGT) Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün “Sərhədlərarası elektron ticarət” mövzusunda seminar öz işinə başlayıb. Seminarda Dövlət Gömrük Komitəsinin müxtəlif struktur bölmələrində xidmət edən 25-ə qədər gömrük əməkdaşı iştirak edir. Seminarın məqsədi sərhədlərarası elektron ticarət sahəsində qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi, kadrların potensialının gücləndirilməsidir. 3 gün davam edəcək seminarda ÜGT-nin ekspertləri Con Kristofer Byrne və Fernando Oliveira tərəfindən elektron ticarətin asanlaşdırılması, ÜGT-nin bu sahədəki Standartlar Çərçivəsi, elektron ticarət sahəsində ödənişlər, hüquqpozma halları ilə mübarizə, müasir çağırışlar mövzularında təqdimatlar nümayiş etdiriləcək, iştirakçıları maraqlandıran suallar cavablandırılacaq. Həmçinin Dövlət Gömrük Komitəsinin əməkdaşı tərəfindən də sərhədlərarası elektron ticarət mövzusunda milli təcrübəyə dair təqdimat nümayiş olunacaq. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 12 İyun 2023 16:38 Paylaş :