Blog

“Təqib və İzləmə” layihəsinin təqdimatı olub

30-05-2023

Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr “Təqib və İzləmə” layihəsinin təqdimatı olub Əsas Faydalı Xəbərlər “Təqib və İzləmə” layihəsinin təqdimatı olub “Təqib və İzləmə” layihəsinin təqdimatı olub Mayın 30-da Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib. Görüşdə Dövlət Gömrük Komitəsinin, Dövlət Vergi Xidmətinin əməkdaşları və sahibkarlar iştirak ediblər. Tədbirdə son dövrlərdə gömrük sistemində həyata keçirilən yeniliklər, layihələr, elektron xidmətlər barədə ətraflı məlumat verilib. Daha sonra Dövlət Vergi Xidmətinin “Təqib və İzləmə” layihəsi ilə bağlı geniş təqdimat nümayiş etdirilib, yeni tətbiqin üstünlükləri və əhəmiyyəti sahibkarların diqqətinə çatdırılıb. Bildirilib ki, dünyada bütün təşkilatlar üçün strateji prioritet hesab olunan təqib və izləmə sistemi təchizat zəncirinin keyfiyyəti, səmərəliliyini artırmaqla yanaşı, nəzarət altında olan aksizli məhsulların təhlükəsizliyinin təmin edilməsini, saxtalaşdırılmasının qarşısının alınmasını təmin edir. Qeyd edək ki, yaxın müddətdə Dövlət Vergi Xidməti tərəfindən istifadəyə veriləcək Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat “Track and Trace” (“Təqib və İzləmə”) Sisteminin Dövlət Gömrük Komitəsinə də inteqrasiyası nəzərdə tutulur. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 30 May 2023 19:41 Paylaş :