Media nümayəndələrinin “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinə səfəri təşkil edilib
Xəbərlər Operativ məlumatlandırma Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Media nümayəndələrinin “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinə səfəri təşkil edilib Əsas Faydalı Xəbərlər Media nümayəndələrinin “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinə səfəri təşkil edilib Media nümayəndələrinin “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinə səfəri təşkil edilib Dövlət Gömrük Komitəsi tərəfindən media nümayəndələrinin Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə sərhəddə yenidən inşa olunan “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinə səfəri təşkil edilib. Məqsəd sərhədkeçmə proseslərində tətbiq edilən yeniliklər, həmçinin “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin xüsusiyyətləri barədə jurnalistləri məlumatlandırmaqdır. Əvvəl “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsinin inzibati binasında Komitənin Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə tərəfindən mövzu ilə bağlı xüsusi təqdimat nümayiş etdirilib. Təqdimatda Dövlət Gömrük Komitəsinin Fəaliyyət proqramına uyğun olaraq son dövrlərdə sərhədkeçmə proseslərinin sürətləndirilməsi ilə bağlı görülən işlər, tətbiq edilən yeniliklər barədə məlumat verilib. Bildirilib ki, əsas məqsəd sərhədkeçmə, gömrük nəzarəti proseslərinin qabaqcıl beynəlxalq təcrübə və standartlara uyğun şəkildə həyata keçirilməsi, əməliyyatların asan və sürətli şəkildə reallaşdırılması, xidmət səviyyəsinin yüksəldilməsidir. O da qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən tikinti işlərinin həyata keçirildiyi buraxılış məntəqəsində ən müasir infrastruktur qurulub. Şimal-cənub nəqliyyat dəhlizinin mühüm komponentlərindən olan bu gömrük postu beynəlxalq ticarətin daha sürətli və asan şəkildə həyata keçirilməsi, ölkəmizin tranzit və ixrac imkanlarının genişləndirilməsi, nəqliyyat axının daha səmərəli şəkildə idarə olunması və mövsümi sıxlıqların aradan qaldırılmasında mühüm rol oynayacaq. Layihənin ümumi sahəsi 6.85 hektar, yaşıllıq əraziləri 3331.7 m2, tikililərin sahəsi 20104.23 m2, buraxılış məntəqəsinin sahəsi isə 22000 m2-dir. Qeyd edək ki, “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində gün ərzində hər istiqamət üzrə 550-dən artıq yük və 1000-dən artıq minik nəqliyyat vasitəsinin, 30-dan artıq avtobus və 5000 nəfərədək fiziki şəxsin gömrük sərhədindən keçidi nəzərdə tutulub. Dövlət sərhədindən buraxılış məntəqəsində nəqliyyat vasitələrinin hərəkəti üçün 13 keçid xətti müəyyən olunub. Bu da yük, avtobus və minik nəqliyyat vasitələri üzrə sərhəd və gömrük nəzarətinin sürətli qaydada aparılmasına əlverişli şərait yaradır. Nəqliyyat vasitələrinin sərhəd və gömrük qeydiyyatı, eləcə də ilkin baxış buraxılış məntəqəsində aparılmaqla digər zəruri rəsmiləşdirmə əməliyyatları terminalda həyata keçiriləcək. Daha sonra media nümayəndələri “Xanoba” dövlət sərhədindən buraxılış məntəqəsində yaradılan şəraitlə yaxından tanış olub, tətbiq edilən yenilikləri əyani şəkildə izləmək imkanı əldə ediblər. Jurnalistlərə sərnişin və yük nəzarət xəttlərində texnoloji sxemlər üzrə həyata keçirilən dəyişikliklər barədə məlumat verilib, həmçinin stasionar rentgen qurğusunda, Ticarətin Asanlaşdırılması Mərkəzində həyata keçirilən proseslər izlənilib. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 30 May 2023 17:53 Paylaş :