Narkotik vasitə və psixotrop maddə aşkarlanıb
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Malların nomenklaturası Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Ən çox verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Narkotik vasitə və psixotrop maddə aşkarlanıb Əsas Komitə Xəbərlər Narkotik vasitə və psixotrop maddə aşkarlanıb Narkotik vasitə və psixotrop maddə aşkarlanıb Gürcüstan istiqamətindən Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımqara” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan "DAF” markalı yük nəqliyyat vasitəsi saxlanılıb, avtomobilin sürücüsü şifahi sorğu-sual olunub. Sorğu-sual zamanı sürücü idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı bir predmetin olmadığını bildirib. Daha sonra kinoloji xidməti it tətbiq edilməklə gömrük yoxlaması həyata keçirilib. Bu zaman xidməti it nəqliyyat vasitəsinin kabinasına reaksiya verib və avtomobil əsaslı yoxlanılıb. Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin kabinasında və digər gizli saxlanc yerlərində çəkisi 0,5 qram psixotrop maddə-metamfetamin və 3 qram narkotik vasitə-marixuana aşkar edilib. Daha sonra sürücü yoxlama otağına dəvət olunub və üzərindən, ümumi çəkisi 2 qram psixotrop maddə-metamfetamin və 2 qram narkotik vasitə-marixuana aşkar edilib. Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir. Faktla bağlı araşdırma aparılır. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 8 Sentyabr 2022 12:17 Paylaş :