Gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Operativ məlumatlandırma Gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib Əsas Faydalı Xəbərlər Gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib Gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib Mayın 10-da xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə gömrük orqanlarına xidmətə yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi keçirilib. Tədbirdən əvvəl Dövlət Gömrük Komitəsinin kollektivi Fəxri Xiyabana gələrək Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı üzərinə tər çiçəklər düzüblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb. Tədbir Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, sonra Ümummilli Lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra xidmətə yeni qəbul edilən 220 əməkdaş Gömrükçü Andı içib və hərbi marşın sədaları altında təntənəli şəkildə tribuna önündən keçiblər. Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov mərasimdə çıxış edərək bildirib ki, gömrük əməkdaşlarının andiçmə mərasiminin məhz Əbədiyaşar Liderimizin doğum günündə keçirilməsi təsadüfi deyil. Belə ki, müstəqil respublikamızda bütün sahələrin, o cümlədən gömrük sisteminin də yenidən qurulması və inkişafı məhz Ulu Öndərin diqqət və qayğısı, uzaqgörən, düşünülmüş siyasəti nəticəsində mümkün olub. Daha sonra digər çıxış edənlər Ümummilli Liderin dövlət quruculuğu, ölkəmizin davamlı iqtisadi inkişafı istiqamətindəki misilsiz xidmətlərindən danışıb, dahi rəhbərin əziz xatirəsinin hər zaman xalqımızın qəlbində yaşayacağını bildiriblər. Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri üçrəngli bayrağımızla bağlı xüsusi kompozisiya nümayiş etdiriblər. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 10 May 2023 17:47 Paylaş :