Süni intellektin tətbiqi sahəsində Türkiyə təcrübəsi öyrənilir
Xəbərlər Gömrük statistikası Xarici ticarətin vəziyyəti haqqında Ən çox idxal olunan mallar Ən çox ixrac olunan mallar Gömrük rüsumlarının statistikası Statistik bülleten Büdcə daxilolmaları Layihələr Satınalmalar Tender Təkliflər sorğusu Kotirovkalar Nomenklatura XIF-in mal nomenklaturası XIF-in mal nomenklaturasının beynəlxalq izahnaməsi HS 2017-2022 korrelyasiya cədvəli Valyuta məzənnələri Terminlər lüğəti Hüquqpozmalarla mübarizə Beynəlxalq əməkdaşlıq Tez-tez verilən suallar Gömrük hərracı Sərhəd keçmə vaxtları Gömrüyün idman həyatı Sosial layihələr Operativ məlumatlandırma Süni intellektin tətbiqi sahəsində Türkiyə təcrübəsi öyrənilir Əsas Faydalı Xəbərlər Süni intellektin tətbiqi sahəsində Türkiyə təcrübəsi öyrənilir Süni intellektin tətbiqi sahəsində Türkiyə təcrübəsi öyrənilir Dövlət Gömrük Komitəsi gömrük sistemində süni intellektin tətbiqi sahəsində Türkiyə Respublikasının təcrübəsini öyrənir. Bu məqsədlə Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Bəhruz Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Ticarət Nazirliyinin dəstəyi ilə bu ölkədə səfərdə olub. Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri müxtəlif gömrük orqanlarında, o cümlədən Türkiyənin Bolqarıstanla sərhədində yerləşən “Kapıkule” gömrük-sərhəd keçid məntəqəsində olub, süni intellektin tətbiqi ilə risklərin idarəolunması və digər istiqamətlərdə həyata keçirilən əməliyyatlar, onun gömrük işinin səmərəliliyinin artırılmasına təsiri ilə bağlı qardaş ölkənin təcrübəsini öyrəniblər. İstanbul hava limanında sərnişinlərin sərhədkeçmə proseslərinin tənzimlənməsi, sərnişinlərə dair ilkin məlumatların təhlili proseslərini əyani şəkildə izləyən nümayəndə heyətinin üzvləri TUBİTAK-da (Türkiye Bilimsel ve Teknolojik Araştırma Kurumu) gömrük orqanları üçün maşın öyrənmə metodlarının risklərin idarəolunması sistemində və X-ray cihazlarının proqram təminatında tətbiqi məqsədilə hazırlanan məhsullarla tanış olublar. Həmçinin səfər çərçivəsində hava limanlarında sərnişinləri narahat edən qeyri-qanuni halların aradan qaldırılması və sərnişinlərə dair məlumatların əvvəlcədən paylaşılması ilə bağlı qarşı Türkiyə Respublikasının aidiyyəti qurumlarının nümayəndələri ilə müzakirələr aparılıb. DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi 9 May 2023 18:55 Paylaş :